Icma.az
close
up
RU
Seyxan Fərəcov MOİK dən “İmişli”yə yollanmaq üçün alışıb yanır! bombardirlə MÜSAHİBƏ

Seyxan Fərəcov MOİK dən “İmişli”yə yollanmaq üçün alışıb yanır! bombardirlə MÜSAHİBƏ

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Başqa futbol çempionatlarında olduğu kimi, 1-ci liqa klubları da qış fasiləsinə yollandı.

"Football-plus.az" xəbər verir ki, aşağı dəstədə cari mövsümün ən çox qol vuran futbolçusu Seyxan Fərəcovdu. Düzdü, gənc mərkəz hücumçusunun komandası MOİK 6-cı sıradadı. Ancaq o, 11 qol, 2 məshuldar ötürmə müəllifi olmaqla yaxşı mənada fərqlənməyi bacarır. Adı çəkilən oyunçuyla söhbətdə karyerasıyla bağlı hədəfləri, premyer-liqa klublarının diqqətində olub-olmaması və başqa məsələlər ətrafında söhbətləşdik.
– Seyxan, komandan aşağı pillələrdə qərarlaşsa da, özün bombardirlər siyahısının liderisən. Görünür, MOİK-in uğursuzluğu psixoloji durumuna mənfi təsir etmir...
– Hücumçunun işi qol vurmaq, komandasına yardım etməkdi. Əlbəttə, könül istəyərdi ki, MOİK daha yuxarı pillələrdə qərarlaşsın. Ancaq mövsümün əvvəlində yersiz xal itkilərinə görə bu gün 6-cı pillədəyik. Buna baxmayaraq, hansısa məqam motivasiyama mənfi təsir edə bilməz. Üzərimdə işləyirəm. Fərdi məşqlər edirəm ki, çoxlu qol vurum. Çox şükür, Allah əziyyətimi yerdə qoymur.
- Maraqlıdı ki, yığmaya dəvət almamağın da səni ruhdan salmayıb...
- Bəli, hansısa milliyə hələ dəvət almamışam. Amma bu məqam məni həvəsdən sala bilməz. Həmişə yaxın ətrafıma, dostlarıma deyirəm ki, gün gələcək, mən də millidə forma geyəcəm. İnşallah, belə davam etsəm, hədəfə çatacağıma inanıram. Bilirəm ki, yığmanın baş məşqçisi Ayxan Abbasov hər oyunçunu diqqət mərkəzində saxlayır. Məsləhət bilib məni də dəvət etsə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Amma bu gün, təbii ki, daha çox çalışmalı, daha yaxşı formada olmalıyam. İnanıram ki, bir gün məqsədimə çatacam.
- Qeyri-rəsmi mənbələrə inansaq, MOİK-in illik büdcəsi 1 milyon manatdı ki, bu da klub tarixinin rekordudu. Belə maliyyə dəstəyi fonunda uğursuzluqların səbəbini necə izah edə bilərsən?
- Düzü, büdcə ilə bağlı məlumatım yoxdu. Mənim işim futbol oynamaqdı. Mövsümün əvvəlində yaxşı nəticələr qazanmaq istəyirdik. İlk turlarda çox şanssızlıqla üzləşdik. Amma həm heyətimiz, həm də baş məşqçimiz təcrübəli və istəklidi. Son turlarda yaxşı futbol oynaya bildiyimizi göstərdik. Əvvəl yeni qurulan komanda idik. Bir-birimizə uyğunlaşmaq üçün vaxta ehtiyac var idi.
- Bəs 1-ci liqadakı uğurların premyer-liqa klublarından təklif almağına səbəb olub?
- Əsas məqsədim milliyə dəvət edilməkdi. Təbii ki, bunun üçün premyer-liqada oynamalıyam. Açığı, iki elita klubundan təklif almışam. Bunlar “Karvan-Yevlax”la “İmişli”di. Etiraf edim ki, “İmişli” ilə müqavilənin bütün şərtlərində razılaşmışıq. Klubun prezidenti Kamran Eyyubov və baş məşqçisi Jorj Kaşkilya məni komandada görmək istəyir. Bu gün əsas məsələ MOİK rəhbərliyinin mənim keçidimə razılıq verməsidi. Ümid edirəm ki, yolumu kəsməzlər... Hədəfim bir müddət premyer-liqada çıxış etmək və milliyə dəvət almaqdı. Özümü elitada sınamağa hazıram. Özümə inanıram. Daim üzərimdə işləyirəm. Bu gün “İmişli” və MOİK rəhbərliyi arasında danışıqlar gedir. MOİK-lə müqaviləmin müddətinin bitməsinə hələ 6 ay qalıb. Klubum haqlı olaraq bombardirini itirmək istəmir. Amma çox ümid edirəm ki, ortaq məxrəcə gəlinəcək. Premyer-liqaya gedən yolum kəsilməyəcək.
- Kumirin kimdi?
- Kumirim Kristiano Ronaldodu. Məhz intizamına görə. 40 yaşı var. Hər şeyə sahibdi. Amma futboldan doymur, daim çalışır. Sırf mərkəz hücumçusu kimi isə Luis Suaresin oyununu çox bəyənirəm. Daim hərəkətli olan hücumçudu.
- Ölkəmizdə sənin mövqeyinlə bağlı yerli futbolçu qıtlığı var. Bu azmış kimi, bacarıqlı hücumçuların sayı azdı. Səncə, bunun səbəbi nədi?
- Sizlə razıyam. Təəssüf ki, ölkəmizdə mərkəz hücumçuları azdı. Bacarıqlıları da həmçinin. Amma inkişaf etmək üçün daim üzərində çalışmalısan. Mövqeyini qoruya bilmək üçün qol vurmalısan. Belədə qiymətin də artır. Çox məşq etmək lazımdı ki, qapımı, qapıçını daha yaxşı hiss edəsən. Düşünürəm ki, fərdi məşq etmədən nəyəsə nail olmaq mümkün deyil.
- Gözün premyer-liqadadı. Bəs bu çempionatı yaxından izləyirsənmi?
- Təbii ki, premyer-liqa oyunlarını izləyirəm. Açığı, elitadakı doğma klubum “İmişli”di. Çünki ötən mövsüm qollar vurmaqla bu komandanın premyer-liqaya yüksəlməsinə dəstək olmuşam. Burda dostlarım çoxdu. Ona görə də oyunlarını izləyirəm. Yaxşı ki, məhz bu klubdan təklif almışam. Kamran müəllimlə gözəl münasibətim var. Hər oyunumu izləyir. Bəlkə də məni komandada saxlamamaqla daha da güclü olmağıma təkan verdi. İndi özümü premyer-liqada oynamaq üçün daha hazır hiss edirəm. Bu arada Kamran müəllimlə danışanda ona söz vermişdim ki, milli komandaya dəvət alacam. İndi MOİK rəhbərliyi mənə yardım etməli, premyer-liqa klubuna yollanmağıma mane olmamalıdı. Mənim uğurum MOİK-in uğurudu.
- Gənc, istəkli və yerli futbolçu kimi premyer-liqada legioner limitinin ləğvini necə qiymətləndirirsən?
- Düzü, yaxşı legionerlərin olması bizim kimi yerli futbolçular üçün daha yaxşıdı. Çünki onlardan nəsə öyrənmək imkanımız olur. Bir tərəfdən də düşünmək lazımdı ki, bacarıqsız əcnəbiyə şans vermək əvəzinə yerli oyunçuları meydana buraxmaq daha gözəl işdi. Şans qazanmaq üçün çox çalışmaq lazımdı. Mən sabah premyer-liqa klubunda olsam, arxayınlaşa bilmərəm. Ehtiyat oyunçular skamyasında əyləşib pul qazanmaq fikrim yoxdu. Mən elita klubuna legionerlərlə rəqabətdə qalib gəlmək üçün yollanmaq istəyirəm. Hər şey edəcəm ki, şans qazanım. Heç bir məşqçi özünə düşmən deyil. Məşqçi üçün futbolçunun yerli, yoxsa əcnəbi olmasının fərqi yoxdu. Kim daha güclüdüsə, ona şans verilir.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Yanvar 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri