Icma.az
close
up
RU
Zirə İmişli yə qarşı

Zirə İmişli yə qarşı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli premyer-liqasında turlar ötdükcə həm mübarizə qızışır, həm sürpriz nəticələr qeydə alınır, həm də mübahisəli hakim qərarlarıyla rastlaşırıq.

Necə deyərlər, çempionatın nəbzi yüksəlir. Odu ki, sürəti azaltmadan növbəti tura keçid ala bilərik. Hər halda, turnir maraqlıdı və bundan da maraqlı olacağına şübhə yoxdu!
Bu gün 6-cı tur start götürəcək. Həmin gün üç gün ərzinə keçiriləcək matçlardan ilk ikisinə şahidlik edəcəyik - “İmişli” “Zirə”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Hər iki qarşılaşma “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 6-cı tur
26 sentyabr
İmişli – Zirə 0:0

“İmişli” bu rəqiblə ilk dəfə qarşılaşacaq
Cəzalı: Fereyra Vieqas Rafael (İmişli).
“Futbol+”in proqnozu: 30-30-40.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.30.
Heç şübhəsiz, “İmişli”yə mövsümün sürpriz komandası deyə bilərik. Premyer-liqanın debütantı həm oyunu, həm də qazandığı nəticələr sayəsində bu statusu haqq edir. Düzdü, “Sumqayıt”la matçda yol verilən məlum səhv komandanın turnir cədvəlindəki mövqeyinə təsir etdi. Ancaq “pələnglər” bu dəfə də proqnozları yanılda bildi: üzləşdiyi texniki məğlubiyyət səbəbindən ruh düşkünlüyü yaşayacağı gözlənilən bölgə təmsilçisi “Karvan-Yevlax”ı darmadağın etməklə (3:0) heç kimə asanlıqla təmsil olmayacağını ortaya qoydu. O başqa məsələ ki, bu baxımdan “Zirə”yə qarşı şanslarını yüksək dəyərləndirmək mümkün görünmür. Əlbəttə, “İmişli”nin bu matçda da sürprizə imza ata biləcəyi yönündə ehtimalları istisna etmirik, lakin “qartallar”ın nəinki lider olduğunu, hələ uduzmadığını da nəzərə almaq vacibdi. Rəşad Sadıqovun komandası ən çox qol vuranlar sırasında da birincidi. Belədə Jorj Kaşkilyanın növbəti sınağının yetərincə çətin olduğunu söyləməliyik. Hər halda, meydan sahiblərinin azı bir xal uğrunda tər tökəcəyi bəllidi. Qəsəbə təmsilçisi isə təbii ki, mövqeyini qorumaq üçün istənilən ssenariyə hazır olmalıdı.
Qarabağ – Qəbələ
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 31:+20=8-3, 59:20.
2006/07 - 3:2; 2007/08 - 2:1; 2008/09 - 0:0; 2009/10 - 0:0; 2010/11 - 1:1, 3:0; 2011/12 - 0:1, 1:1; 2012/13 - 1:2, 1:0; 2013/14 - 4:3, 3:0; 2014/15 - 2:0, 0:1; 2015/16 - 1:1, 2:0; 2016/17 - 2:1, 0:0; 2017/18 - 2:1, 0:0; 2018/19 - 4:1, 2:1; 2019/20 - 3:0; 2020/21 - 3:0, 3:0; 2021/22 - 2:0, 5:1; 2022/23 – 1:0, 3:0; 2023/24 - 3:0, 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Azərsun Arena”. Saat 19.00.
Mövsümə xal itkiləriylə başlayan, daha doğrusu, yalnız premyer-liqaya yeni gələn “Karvan-Yevlax”ı məğlub edən “Qarabağ” srağagün “Araz-Naxçıvan”ı darmadağın etməklə rəqiblərə geridönüşünün anonsunu verdi. Öz aramızdı, “köhlən atlar”ın ilk “üçlük” uğrunda mübarizə apara biləcək rəqiblərindən birinə belə hesabla qalib gəlməsi “bu mövsüm çempion dəyişə bilərmi?” sualını xeyli futbolsevərin gündəmindən çıxardı. Təbii ki, mövsümün hələ yeni başlaması və “qırmızı-ağlar”ın 27-ci dəqiqədən etibarən azlıqda qalması kimi məqamlar diqqətimizdədi. Lakin bu gün ancaq “köhlən atlar”ın inamlı və parlaq oyunundan bəhs edə bilərik. Həmin oyun ki, “futbol ili”nə uğursuz başlayan “Qəbələ”nin həmin performans qarşısında tab gətirə biləcəyi böyük sual altındadı. Bəs, “qırmızı-qaralar”a nə kömək edə bilər? Təbii ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin 2-ci tur matçında evdə “Kopenhagen”ə qarşı keçirəcəyi matç! Bəli-bəli, bu halda Qurban Qurbanovun heyətdə rotasiyalar edəcəyi gözlənilir ki, “Qəbələ” bundan yararlana, heç olmasa, bir xal uğrunda mübarizə apara bilər.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 62 dəfə üz-üzə gəlib. Bunların 36-da “köhlən atlar”, 10-da “qırmızı-qaralar” 3 xal qazanıb, 16 matçda isə “sülh” qeydə alınıb. Topların nisbətində ağdamlılar öndədi – 104:47.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri