Icma.az
close
up
RU
Seyxanın meneceri: “MOİK onu “İmişli”yə satmaq istəmir” bombardirin premyer liqa arzusu “dəfn olunur”

Seyxanın meneceri: “MOİK onu “İmişli”yə satmaq istəmir” bombardirin premyer liqa arzusu “dəfn olunur”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İmişli”nin MOİK-in futbolçusu, 1-ci liqanın bombardiri Seyxan Fərəcovu transfer etmək niyyətində olduğunu xəbər vermişik.

Transferin gerçəkləşib-gerçəkləşmədiyini, danışıqların hansı mərhələdə olduğunu öyrənmək məqsədilə adı çəkilən futbolçunun meneceri İlkin Əliyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Təəssüf ki, transferdə problemlər ortaya çıxıb. Çünki MOİK Seyxanı “İmişli”yə satmaq istəmir. Klubdan bildirilir ki, futbolçunun MOİK-lə bu ilin yayına qədər müqaviləsi var. Oyunçu qışda satılacağı təqdirdə alternativ tapmaq mümkün olmayacaq. Təbii ki, bu barədə qarşı tərəflə razıyıq. Özlərinə görə haqlı tərəfləri var. Amma söhbət azərbaycanlı futbolçunun taleyindən gedir. Seyxan bombardirdi. Xəyalları var. Onsuz da ölkəmizdə hücumçu qıtlığı hökm sürür. Seyxan istəyir ki, millidə forma geysin. 1-ci liqada çıxış etdiyinə görə xarici klublardan təklif almaq ehtimalı çox azdı. Bilindiyi kimi, 1-ci liqanın oyunları televiziyada yayınlanmır. Həmçinin “transfermarkt” portalında onun bu çempionatdakı uğurları göstərilmir. MOİK-in çempionluq şansı olsa, qarşı tərəfi daha anlayışla qarşılaya bilərdik. Lakin komanda lider “Şəfa”dan 16 xal geridədi. Özü də “İmişli” MOİK-ə lazımi səviyyədə ödəniş etmək istəyir. Bununla yanaşı, Seyxanın başqa kluba satışından MOİK-ə pay vermək variantı var. Lakin klub danışıqlara isti yanaşmır. Ümumiyyətlə, hansısa müzakirənin aparılması da mümkün görünmür. Syxan bu gün möhtəşəm formadadı. Öz üzərində çox çalışır. “İmişli”də uğurlu olması həm bu klub, həm MOİK, həm də Azərbaycan futbolu üçün qazancdı. Təəssüf ki, bu gün Seyxana həmin şans tanınmır. Halbuki millimizin baş məşqçisi Ayxan Abbasov bütün oyunçulara xüsusi yanaşır, izləyir. Futbolçumuz premyer-liqada olsa, daha çox iş görə bilər. Bu gün bizə kömək lazımdı. Futbolçu karyerası qısa olur”.


Xatırladaq ki, Seyxan Fərəcovun 24 yaşı var. O, mövsümün ilk yarısında 11 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri