Şeyxülislam: Bu gün Azərbaycanda dinlər və məzhəblər arasında heç bir münaqişə yoxdur
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 6 iyun, Göyçək Mahmudlu, AZƏRTAC
Ən müqəddəs bayramlardan olan Qurban bayramı birlik, qardaşlıq dostluq bayramıdır. Qurban bayramı münasibətilə qılınan bayram namazında iki məzhəbdən olan insanlar birlikdə ibadət etdilər. Bu, Azərbaycan reallığıdır.
Təəssüf ki, dünyanın başqa dövlətlərində müsəlmanlar arasında iğtişaşlar, məzhəblər arasında qarşıdurmalar olur. Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində Azərbaycanda bütün dinlərə şərait yaradılıb, o cümlədən müsəlmanlar - həm şiə, həm də sünnilər bütün məscidlərdə birlikdə namaz qılmaq imkanına malikdirlər.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
A.Paşazadə deyib ki, Prezident İlham Əliyevin apardığı düzgün dini siyasət nəticəsində bu gün Azərbaycanda dinlər və məzhəblər arasında heç bir münaqişə yoxdur. Biz dünyada bir çox məsələlərə görə ön sıralardayıq.
Gələn Dünya Dini Liderlərinin Ağsaqqallar Şurasının rəhbərliyi ilə Azərbaycanda böyük konfransın keçirilməsinin nəzərdə tutulduğunu deyən şeyxülislam, həmçinin Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















