Icma.az
close
up
RU
Şeyxülislam iftar süfrəsi açıb

Şeyxülislam iftar süfrəsi açıb

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.

Ənənəvi iftar mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının fəzilətlərindən danışaraq, Azərbaycanda olan dini tolerantlığa diqqət çəkib, Azərbaycanda dini icmalara dövlət qayğısını, Prezident İlham Əliyevin himayəsini və qayğısını yüksək qiymətləndirib.

A.Paşazadə Prezident İlham Əliyevin müzəffər siyasətinin davamlı uğurlarından, dövlətçiliyimizin mənafeləri, xalqımızın rifahı naminə dəyərli səy və əməllərindən, azad Qarabağda dini-mənəvi irsimizin dirçəldilməsindən bəhs edərək, bu nailiyyətlərin xalqımızın rifahında, dövlətimizin inkişafında, habelə ölkəmizin dünya miqyasında tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit demək olar, heç bir yerdə yoxdur. O, dua edib ki, Allah-Taala bu birliyimizi əlimizdən almasın. Vurğulayıb ki, Azərbaycan dünyada dini və məzhəb ayrı-seçkiliyinə yol verilməyən nadir ölkələrdəndir. Bu, bizim həyat tərzimizdir, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçımız İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir.

Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri vurğulayıb ki, 30 illik düşmən işğalında dağıdılmış məscid və kilsələr bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bərpa olunur, dindarların rahat şəkildə istifadəsi üçün hər bir şərait yaradılır.

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bu amilin bütün dini icmaların fəaliyyətinə dəstək və diqqətdə ifadə edildiyini, dini-mənəvi həyatımızda hökm sürən dinlərarası harmoniyanı gücləndirdiyini bildirib.

Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Əli Əhmədov ölkəmizdəki dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və dünyəvilik prinsipləri əsasında formalaşdığını, dövlətin dini inanclara tolerant yanaşdığını və cəmiyyətin müxtəlif konfessiyalar arasında harmoniyanın qorunmasına önəm verdiyini vurğulayıb.

Azərbaycandan fərqli olaraq dünyanın bir çox regionlarında dini dözümsüzlüyün, ayrı-seçkilik və radikalizm hallarının artdığını, bəzi ölkələrdə müxtəlif dini qruplar arasında qarşıdurmalar yaşandığını diqqətə çatdıran Əli Əhmədov bildirib ki, ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu sülh içində birgəyaşayış siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra ölkəmizdəki dini konfessiyaların rəhbərləri çıxış edərək, belə mübarək məqamda qardaşlıq süfrəsi ətrafında bir araya gəlmələrinin Azərbaycanın örnək multikultural həyat reallığı olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanda din nümayəndələrinin mehriban qardaşlıq şəraitində, sülh içində və bir ailənin üzvləri kimi yaşaması bütün dünya üçün bəşəri əhəmiyyət daşıyan dinlərarası qarşılıqlı anlaşma və birgəyaşayış nümunəsidir.

Sonda iftar süfrəsi verilib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Mart 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri