Icma.az
close
up
RU
Şeyxülislam və Milli Məclisin deputatları Səudiyyə Ərəbistanına səfərə gedib

Şeyxülislam və Milli Məclisin deputatları Səudiyyə Ərəbistanına səfərə gedib

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyətinin üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin deputatları Səməd Seyidov, Fazil Mustafa, Cavanşir Paşazadə və Rəşad Mahmudov Səudiyyə Ərəbistanında səfərdədirlər.

Azpost bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat verib.

 QMİ sədri A. Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hüsseyin Brahim Taha ilə görüşüblər.

Görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İƏT Baş katibinə çatdırıb.Səmimi qəbula görə təşəkkürünü bildirən Şeyxulislam A.Paşazadə Azərbaycan Respublikasının 1991-ci ildə – hələ  Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr daim inkişaf edib və bundan sonra da yüksələn xətlə davam edəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalı dönəmində, Vətən müharibəsi vaxtında, o cümlədən müharibədən sonrakı  müddət ərzində Azərbaycan Respublikasının haqlı mübarizəsində İƏT Baş katibliyinin və üzv dövlətlərin dəstəyinin yüksək qiymətləndirildiyini, eyni zamanda, sözügedən münaqişə ilə bağlı Təşkilatın qəbul etdiyi qətnamə və bəyanatların böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasında ölkə rəhbərliyinin İslam dininə verdiyi ali dəyərdən bəhs edərək Azərbaycanda digər dinlərin nümayəndələri üçün yaradılmış şəraitdən bəhs edib. Azərbaycanla İƏT arasındakı əlaqələrdən bəhs edən F.Mustafa ölkəmizin müstəqillik qazandığı ilk gündən etibarən İƏT-lə münasibətlərə xüsusi diqqət ayırdığını xüsusi qeyd edib. Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Respublikamızın bütün sahələrdə yüksək nailiyyətlər əldə etməsini xüsusi vurğulayan F. Mustafa Azərbaycanda dini sahədə yüksək səviyyədə tolerantlığın hökm sürməsinin dövlət başçısının siyasi xəttinin və dini lider Şeyxülislam A.Paşazadənin əməli fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Milli Məclisinin Islam Əməkdaşlıq Təşkilatı Parlament ittifaqındakı nümayəndə heyətinin üzvü, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Xocalı qətliamının dünyada tanıdılmasında İƏT-in rolunu yüksək dəyərləndirərək, beynəlxalq müstəvidə ədalətin təmin olunması yönündə fəaliyyətini xüsusi qeyd edib. Hazırda beynəlxalq təşkilatların əksəriyyətinin böhran keçirdiyini ifadə edən natiq İƏT-in Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrlə nümunəvi, örnək davranış sərgilədiyini bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, öz növbəsində, Azərbaycan Hava Yollarına məxsus  təyyarənin qəzaya uğraması ilə əlaqədar  İƏT Baş katibinin Azərbaycan Respublikasının Prezidentinə və xalqına başsağlığı verməsinin və İƏT tərəfindən hər zaman ölkəmizin haqlı mövqeyini dəstəkləyən bəyanatların verilməsinin yüksək qiymətləndirildiyi ifadə edilib.

Görüş zamanı parlament diplomatiyası haqqında fikirlər səsləndirilib və İƏT Parlament Ittifaqı çərçivəsində ölkəmizin həyata keçirdiyi işlər diqqətə çatdırılıb.

Şeyxülislam A. Paşazadə 5-6 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü və himayədarlıği ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası və BMT-nin Ətraf mühit Proqramı ilə həmtəşkilatçılıqda  Dini Liderlərin Qlobal Bakı Sammitini keçirildiyini və İƏT Baş katibinin müavinin həmin tədbirdə yaxından iştirakını məmnuniyyətlə qeyd edib.

İƏT Baş katibi  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyətini Təşkilatın baş qərargahında görməkdən məmnun olduğunu bildirib. H.B.Taha Azərbaycanın mövqeyini daima dəstəklədiklərini qeyd edərək COP29 tədbirinin Azərbaycan tərəfindən uğurla keçirildiyini və sözügedən tədbirdə iştirakdan məmnun olduğunu vurğulayıb. Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayan H.B.Taha Azərbaycan-İƏT əlaqələrinin daha da dərinləşməsinin prioritet istiqamət olduğunu diqqətə çatdırıb.

Şuşa şəhərinə səfərinin onda olduqca dərin təəssürat buraxdığını bildirən Baş katib H.B.Taha Qarabağda erməni vəhşiliyinin izlərinin dəhşətli olduğunu ifadə edib. İƏT-in Azərbaycan Respublikası ilə birlikdə keçirdiyi nazirlər iclaslarının səmərəli əməkdaşlığın möhkəmlənməsinə xüsusi təsir göstərdiyini ifadə edən H.B.Taha 2026-cı ildə İƏT Dövlət və Hökümət başçılarının 16-cı Sammitinin ölkəmizdə keçirilməsinin İƏT dövlətlərinin Azərbaycana etimadının göstərici olduğunu vurğulayıb.

İƏT Baş katibliyin Siyasi idarəsinin rəisi səfir Məhəmməd Salah Tekaya çıxış edərək Azərbaycan İƏT əlaqələrinin inkişafından bəhs edib, Azərbaycan-İƏT əlaqələrinin bütün İslam dünyası üçün nümunəvi səciyyə daşıdığına diqqəti çəkən İƏT rəsmisi Azərbaycan Respublikasının Təşkilata göstərdiyi maddi və mənəvi yardımları xüsusən vurğulayıb.

Şeyxülislam A.Paşazadə BMT-nin Sivilizasiyalar Alyansı və İƏT-in həmtəşkilatçılığı ilə, o cümlədən, İƏT ölkələrinin fəal iştirakı ilə İslamofobiya, dini azadlıqlar, tolerantlığı özündə ehtiva edən konfransın 2026-cı il İƏT Dövlət və Hökümət başçılarının 16-cı Sammiti öncəsi Azərbaycan Respublikasında keçirilməsini təklif edib və Təşkilatın sözügedən konfransda fəal iştirakının vacibliyini vurğulayaraq, bu tədbirlə bağlı İƏT-in dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Baş katib ifadə edib ki, dünyada mövcud münaqişələrin həllində din xadimlərinin mənəvi nüfuz və rolu əsas resurslardan biridir. Baş katib sözügedən tədbirin keçirilməsində İƏT-in həmtəşkilatçı olması məsələsi ilə bağlı Azərbaycan tərəfindən müraciət alındıqdan sonra müvafiq araşdırmalar aparılaraq qərar veriləcəyini bildirib.

Görüşün sonunda İƏT baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmasını xahiş edib. Şeyxülislam görüş zamanı İƏT Baş katibini Azərbaycan Respublikasına səfərə dəvət edib.

Azərbaycan Respublikasının SƏK-dəki səfirliyinin müşaviri Yadulla Paşayev görüşdə iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Yanvar 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see140

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see128

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri