Icma.az
close
up
RU
Səyyar Gənclər Xidməti Şəkidə gənclərin fəal iştirakı ilə başa çatıb

Səyyar Gənclər Xidməti Şəkidə gənclərin fəal iştirakı ilə başa çatıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi ölkənin müxtəlif regionlarında gənclərin inkişafına töhfə verməkdə davam edir.

Gənclər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmətin növbəti hədəfi oktyabrın 13-17-də Şəki gəncləri olub. “Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə reallaşan layihə gəncləri dövlət dəstəyi mexanizmləri ilə daha yaxından tanış etmək, onların ictimai fəallığını artırmaq, dövlət gənclər siyasətinə dair biliklərini genişləndirmək məqsədi daşıyıb.

Layihənin Şəkidəki açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Səyyar Gənclər Xidmətinin gənclərin şəxsi və peşəkar inkişafının arıtırılması, o cümlədən dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsi istiqamətindəki faydalılığından bəhs ediblər.

Beş gün müddətində Şəki gəncləri xidmət çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı zonalara yaxınlaşaraq intellektual oyunlar, viktorinalar, debat sessiyaları və master-klasslar vasitəsilə öz potensiallarını nümayiş etdiriblər.

Səyyar Gənclər Xidməti tərəfindən təşkil edilən sessiyalar zamanı gənclərə sağlam həyat vərdişlərinin formalaşdırılması, narkomaniyanın fəsadları və onunla mübarizə yolları, rəqəmsal savadlılığın əhəmiyyəti, eləcə də yaradıcı düşüncə tərzinin inkişafı kimi aktual mövzularda zəruri bilik və bacarıqlar aşılanıb. Gənclər maarifləndirici sessiyalar zamanı mütəxəssislərlə birbaşa ünsiyyət quraraq öz suallarını ünvanlamaq imkanı əldə ediblər. Bununla yanaşı, Vətən müharibəsi iştirakçıları ilə görüşlər zamanı gənclər onların döyüş xatirələrini öz dillərindən eşidərək vətənpərvərlik ruhunu daha dərindən hiss ediblər.

Xatırladaq ki, cari il avqustun 5-də start verilən “Səyyar Gənclər Xidməti” layihəsi indiyədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala və Balakən rayonlarında uğurla icra edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri