Icma.az
close
up
RU
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She’s Next” qlobal təşəbbüsünün dördüncü dalğasına start verir. "She’s Next in Digital” adlı proqram qadın sahibkarları rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, ekspert dəstəyi almağa və ümumilikdə 60000 AZN məbləğində qrant fondu uğrunda mübarizə aparmağa dəvət edir.

"Bir addımla başla!” şüarı ilə keçirilən proqram qadınlara bizneslərini inkişaf etdirmək, yeni müştərilər qazanmaq və rəqəmsal imkanlardan daha səmərəli istifadə etmək üçün bilik və bacarıqlarını artırmağa kömək edəcək.

Proqramda həm fəaliyyət göstərən biznes sahibləri, həm də öz biznes ideyasını həyata keçirmək istəyən qadınlar iştirak edə bilərlər. Müraciətlər dörd kateqoriya üzrə qəbul olunur: rəqəmsal inkişafı prioritet seçən mövcud bizneslər üçün "Rəqəmsal”, sosial təsir yaradan təşəbbüslər üçün "Sosial”, fəaliyyət göstərdikləri regionların inkişafına töhfə verən bizneslər üçün "Regional”, biznesini qurmağa hazırlaşan və ya ilkin biznes ideyasını inkişaf etdirmək istəyən qadınlar üçün isə "Yeni başlayanlar” kateqoriyası nəzərdə tutulub.

Proqramın sonunda hər kateqoriya üzrə iki qalib olmaqla, ümumilikdə 8 qalib seçiləcək. Onlar bizneslərini inkişaf etdirmək və ideyalarını reallaşdırmaq üçün ümumi məbləği 60.000 AZN olan qrant fondundan maliyyə dəstəyi əldə edəcəklər.

Bu il ilk dəfə olaraq, She’s Next Gəncə və Şəkidə də keçiriləcək. Regionlarda təşkil olunacaq tədbirlər qadın sahibkarlara proqram haqqında ətraflı məlumat almaq, qeydiyyat prosesində dəstək əldə etmək, digər sahibkarlarla təcrübə mübadiləsi aparmaq və uğurlu qadın sahibkarların hekayələrini dinləmək imkanı yaradacaq.

She’s Next in Digital proqramına qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək davam edəcək. İştirak şərtləri və proqram haqqında ətraflı məlumatı shesnext.az saytından əldə etmək və müraciət etmək mümkündür. Yeniliklər və qarşıdakı tədbirlər barədə məlumat almaq üçün She’s Next WhatsApp icmasına da qoşulmaq olar.

Kapital Bank-ın məhsulu olan Birbank Biznes, sahibkarları və onların bizneslərini səmərəli idarəetmə üçün innovativ və rahat həllər təklif etməklə dəstəkləməyə çalışır. Birbank Biznes müştəriləri canlı söhbət funksiyası vasitəsilə istənilən vaxt kömək ala bilərlər. Sahibkarların vaxta qənaət etməsi və əməliyyatlarını optimallaşdırması üçün nəzərdə tutulan Birbank Biznes sistemi haqqında daha ətraflı məlumat əldə etmək üçün

https://birbank.business veb-səhifəsinə daxil olun və ya 896 məlumat mərkəzinə zəng edin. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Oktyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri