Si Cinpin Çinin Qansu əyalətində geniş xilasetmə əməliyyatının aparılmasını əmr edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 avqust, AZƏRTAC
Çin Xalq Respublikasının Prezidenti Si Cinpin, şimal-qərbdəki Qansu əyalətində leysan yağışların səbəb olduğu gözlənilməz daşqınlar nəticəsində 10 nəfərin həlak olması və 33 nəfərin itkin düşməsindən sonra hərtərəfli xilasetmə işlərinin başlanması göstərişini verib.
AZƏRTAC xəbər verir ki, bu barədə CCTV dövlət televiziyası cümə günü məlumat yayıb.
“Avqustun 7-dən bəri davam edən leysan yağışlar Yuyçjun qəzasında, Qansu əyalətinin Lançjou şəhərində və digər yerlərdə dağ sellərinə səbəb olub. Avqustun 8-də 10 nəfər həlak olub, 33 nəfər itkin düşmüş hesab edilir”, - deyə CCTV məlumat yayıb.
Çinin Milli Meteorologiya Mərkəzi (NMC) avqustun 4-də qeyd edib ki, güclü yağıntıların gözlənilməsi ilə əlaqədar Pekin hakimiyyəti şəhərin beş rayonunda ən yüksək təhlükə səviyyəsi elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















