Icma.az
close
up
RU
“Si Cinpin Putini müharibəni dayandırmağa inandıra bilər” Donald Tramp

“Si Cinpin Putini müharibəni dayandırmağa inandıra bilər” Donald Tramp

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, Çin lideri Si Cinpin Ukraynada davam edən müharibəni dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinə təsir göstərə bilər.

Tramp bu fikri NATO baş katibi Mark Rütte ilə görüşdən sonra səsləndirib və yaxın həftələrdə Cənubi Koreyada keçiriləcək APEC sammitində Si ilə danışıqlar aparacağını açıqlayıb.

Tramp vurğulayıb ki, görüş zamanı Çinin Rusiyadan neft alışı məsələsini müzakirə edəcək: “Si Cinpinlə bu məsələni açıq şəkildə müzakirə edəcəyəm. O, Putinə müharibəni dayandırmaq üçün təsir göstərə bilər. Mən hələ də sülh sazişinə nail olunmasını istəyirəm”.

Tramp bildirib ki, Budapeştdə Putinlə görüşü ləğv edib: “Mən görüşü təxirə saldım, çünki hiss etdim ki, bu mərhələdə o, gözlənilən nəticəni verməyəcək. Amma gələcəkdə belə bir görüş mümkündür. Ümid edirəm, Putin sülh danışıqlarına hazır olacaq”.

Qeyd edək ki, Tramp və Putin ötən həftə telefon danışığında Budapeştdə görüş barədə ilkin razılığa gəlmişdi, lakin konkret tarix müəyyən edilməmişdi.

Trampın açıqlamaları ABŞ-nin Rusiya üzərində diplomatik təzyiq strategiyasını Pekin vasitəsilə davam etdirdiyini göstərir. Bu addım həm də Ukrayna müharibəsinin dayandırılması və enerji bazarlarında ABŞ-Çin-Rusiya balansının formalaşdırılması məqsədi daşıyır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri