Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sİ yə həsr olunmuş saqa Telman Orucov yazır

Sİ yə həsr olunmuş saqa Telman Orucov yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Hökumətlər istifadəni və ya belə sistemlərin davranışını limitləşdirməyə və ya mühüm regionlarda öz rəqiblərinin fəaliyyətinə son qoymaq üçün, onların qarşısını almağa cəhd etmək yollarını axtarır. Birləşmiş Ştatlar Sİ-yə artan dərəcədə əsaslanan şəbəkə proqramlarının özəl qaydada fəaliyyət göstərməsi üçün qlobal qaydada ölçülən, texnoloji cəhətdən aparıcı olan bir şəbəkəni inkişaf etdirmişdir. ABŞ, şəbəkə platformalarına beynəlxalq strategiyanın bir cəhəti kimi baxmağa başlamışdır. Çin şəbəkə platformaları isə Çində və ona yaxın regionlarda aparıcı rol oynayır və onlardan bəziləri qlobal bazarda da liderlik edir. Çin şəbəkə platformaları Çin hökumət siyasətinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Avropa, Çinə və Birləşmiş Ştatlara bənzəməyən qaydada öz ölkələrində qlobal şəbəkə platformalarını yaratmış və ya yerli rəqəmsal texnoloji sənayeni dəstəkləmək yolunu tutmuşdur. Rusiya milli qaydada ənənəvi olaraq matematikada və elmlərdə heybətli olduğuna baxmayaraq, az sayda rəqəmsal məhsullar və xidmətlər istehsal etmişdir. Lakin heybətli kibernetika qabiliyyətinə müvafiq olaraq, Rusiya gələcəkdə dünyanın mühüm texnoloji dövlətləri arasında yer tuta bilər.

İnsanın idrakı və təcrübəsi ağıl süzgəcindən keçməklə reallığı anlamağa nail ola bilmişdir. Regionlar, hökumətlər və şəbəkə platformaları, əməliyyatlar arasındakı yeni anlamaq və məhdudlaşdırmaq konsepsiyasını müəyyən etməlidir. Strategiyalar həm də əvvəlki eraların dərslərindən də nəticə çıxarmaq ehtiyacı duyur.

Uzun tarix məlumat verir ki, mütəşəkkil cəmiyyətin təhlükəsizliyi minimum obyektivliyə malik olmuşdur. Mədəniyyətlər öz dəyərlərinə görə fərqlənmişlər və siyasi birliklər öz maraqlarında və canlanmasında fərqli olmuşlar, lakin heç bir cəmiyyət hətta təklikdə və ya digər cəmiyyətlərlə birlikdə özünü müdafiə edə bilməmişdir. Ona görə də öz mövcud vəziyyətinə dözməli olmuşdur. Bəzi innovasiyalar, qəsrlərdəki divarlar və xəndək qurğuları kimi müdafiə məqsədini güdmüşdü. Lakin hər bir əsr daha sürətli proqresə və gücə malik olmamışdı. Amerikadakı Vətəndaş müharibəsi (1861-65-ci illər) və Fransa-Prussiya müharibəsi (1870-71-ci illər) dövründə hərbi  münaqişə artıq maşın erasına qədəm qoymuşdu və artan dərəcədə total müharibə xüsusiyyətlərinə yiyələnmişdi. Sənayeləşmiş, başqa sözlə kütləvi ölçüdə silah istehsalı, əmrlərin teleqrafla ötürülməsi və qoşunların, həm də materialların hətta qitə məsafələrində dəmir yol vasitəsilə nəql edilməsi total müharibənin göstəriciləri sayıla bilər. Bizim erada isə kibernetikanın və Sİ qabiliyyətinin irəli getməsi, bu hesablamaların yeni mürəkkəb səviyyəyə çatmasında və mücərrədləşməsində qeyri-adi rol oynayır.

Bu gün, Soyuq müharibədən sonra, başlıca dövlətlər və digər ölkələr öz kiber qabiliyyətə dair arsenallarını zənginləşdirməyə çalışır. Sİ erası, müasir strategiyanı insan niyyətindən uzağa aparmaq kimi mürəkkəb bir müddəa yaratmışdır. Heç bir böyük ölkə Sİ-nin təhlükəsizlik ölçülərinə laqeyd qala bilməz. Nüvə müharibəsinin qarşısını almaq üçün, onun məhdudlaşdırılması və ya hətta qadağan edilməsi imkanları axtarılmalıdır.

Nüvə silahları iki müəmma şəklində özünü göstərir: üstün gücü necə müəyyən etmək və pis olanı necə limitləşdirmək. Kiber institutları müxtəlif formaları -  "kiber müharibə", "kiber hücum" və hətta "müharibə hərəkəti kimi" mövzuları irəli sürürlər. Nüvə silahının dağıdıcı gücü və kiber silahların sirləri, məhz süni intellekt prinsiplərini meydana gətirmişdir.

 Nüvə silahının arzu olunmayan geniş tətbiqi bəşəriyyət üçün böyük fəlakət olmaqla, Yer kürəsinin məhvi ilə nəticələnə bilər. Bunu hətta onu icad edən alimlər də dərk etməyə başlamışdılar. Atom bombasının atalarından biri olan fizik Robert Oppenheymer 1945-ci ilin iyulunda Nyu Meksiko səhrasında, Los Alamos yaxınlığında ilk nüvə silahının sınaqlarını müşahidə edərkən, Klauzevitsin maksimasından uzaqlaşmaqla, gördüyü dəhşətli mənzərəni yaradan silahı, hind eposu "Bhaqavad Gita"dakı bir beytlə ifadə etdi: "İndi mən Ölümə, dünyaları məhv edənə çevrildim". Bu sözlər, bir ay sonra amerikanların Hirosimaya və Naqasakiyə atdığı atom bombalarının iki şəhəri az qala məhv etməsi və kütləvi insan qırğınına səbəb olması ilə öz təsdiqini tapdı. Bunun faydası isə Yaponiyanın qeyd-şərtsiz təslim olmaga razılaşması ilə, Sakit okean döyüş teatrında müharibənin və ümumiyyətlə, 2 sentyabr 1945-ci ildə isə II Dünya müharibəsinin Müttəfiqlərin qələbəsi ilə başa çatması oldu. Yeni silahın zərbəsi ilə iki şəhərin viran qoyulması və yüz minlərlə mülki əhalinin məhv edilməsi tarixdə görünməmiş bir faciə idi. Hirosimaya atılan ilk bomba kimi dəhşətli silahın ixtraçısı olan Oppenheymer peşmançılıq ifadəsi kimi, öz əlinin də buna görə qana batdığını etiraf etmişdi. 

Nüvə silahlarının dağıdıcılığı və kiber silahların sirləri, qabiliyyətlərin yeni sinifləri tərəfindən artan dərəcədə birləşəcəklər. Çünki Sİ-nin potensialı, fenomenlərin toqquşmasında məsuliyyət daşımağa uyğunlaşacaqdır. İki rəqib Sİ silah sistemi bir-birinə qarşı durduqda, heç bir tərəf nəticələrin anlamında lazımi qiymətə malik olmayacaqdır və bu, ya qarşılıqlı qaydada başlayacaq, ya da öz effektliyini ikinci dərəcəli edəcəkdir.

Bünövrədən, Sİ-nin və onun kömək etdiyi silahların və müdafiə sistemlərinin dəyişilməsi, müstəsna təsadüflərə əsaslanan tədbirləri irəli sürəcəkdir. Belə bir nəticə, intellekt sistemləri bir-birilə qarşıdurmaya keçməmişdən əvvəl gözlənilməli və başa düşülməlidir. Müqavimət göstərmək və onun istiqamətini dəyişdirmək üçün Sİ-nin dinamik təbiəti ilə mübarizə aparılmalıdır. Hərbi və mülki nailiyyətlərə malik olmaq sahələrində üç cəhət ənənəvi olaraq, onları bir-birindən ayırmalıdır. Texnoloji diferensiasiya, mərkəzləşmiş nəzarət və effekt fərqliliyi ölçüləri bura daxildir. Tarix boyu çox sayda texnologiyalar ikitərəfli qaydada istifadə olunmuşdur. Bəziləri asanlıqla və geniş qaydada yayılmış və potensial olaraq mahiyyətcə dağıdıcı xarakter daşımışdır. Tüfəng həm hərbi və həm də mülki tətbiqdə geniş istifadə edilmişdir. Lakin onun dağıdıcı təsiri, strateji səviyyədə məhdud qabiliyyətə malik olmuşdur. Sİ bu paradiqmanı pozmuşdur. O, ifadəli şəkildə ikitərəfli qaydada istifadə olunur. Sİ qabiliyyətli silahlar, düşmənlərə qarşı rəqəmsal hücumlara müstəsna sürətlə başlamağa imkan verə bilər.

XIX və XX əsrlərdə millətlər müharibənin müəyyən formalarındakı məhdudiyyətlərə cəlb olunsalar da, buna riayət etməmişdilər. Misal üçün, qadağalara baxmayaraq, kimyəvi silahlardan istifadə edilmiş və mülki adamların qeyri-proporsional bir qaydada hədəf seçilməsi yolu tutulmuşdu. Sİ silahları isə yeni fəallıq imkanları strategiyasına geniş yol açır. Sİ ilə əlaqədar olan silahların texnologiyasının irəli sürdüyü dilemma, mahiyyətcə milli ölçüdə sağ qalmaq üçün axtarışlardan və onların inkişafından asılıdır. Hər bir başlıca texnoloji cəhətdən irəliləmiş ölkə, özünün strateji transformasiyasından, nüvə silahlarının irəliləməsindən asılılıq ehtiyacı duyur. Mahiyyət etibarilə nəzərə almaq lazımdır ki, bunu reallıq da təsdiq edir - dünyanın başlıca Sİ dövlətləri hazırda Birləşmiş Ştatlar və Çindir. Onların hər ikisi konsensusa getməlidir ki, onlar nəyisə əsas götürərək, yeni irəliləyiş müharibəsinə girməyəcəklər.

Bizim eranın dövlət rəhbərləri öz arsenallarına nəzarət etmək üçün altı başlıca barışığa tərəf canlanmaq meyli göstərə bilərlər. Birincisi, rəqib və düşmən tərəflərin liderləri hər bir şərti nizamlamağın hazırlanması barədə danışıqlar aparmalıdırlar. İkincisi, həll edilməmiş nüvə strategiyası müəmmalarına yeni diqqət bəslənməli və onlar texniki və mənəvi çağırışlar barədəki böyük bəşər strategiyasını etiraf etməli, tanılmalıdırlar. Üçüncüsü, aparıcı kiber və Sİ dövlətləri öz doktrinalarını və limitlərini müəyyən etməyə çalışmalıdırlar. Dördüncüsü, nüvə silahları olan dövlətlər ilkin təşviş sistemlərini, komanda və nəzarət barədəki öz daxili baxışlarını əlaqələndirməlidirlər. Beşincisi, yüksək gərginlik dövrləri ərzində və müstəsna situasiyalarda maksimum dinc həll metodlarını qəbul etməlidirlər. Nəhayət, axırıncısı, başlıca Sİ dövlətləri hərbi Sİ-ni profilləşdirməyin davam etməsini necə limitləşdirmək, məhdudlaşdırmaq qayğısına qalmalıdırlar.

Bəşər - Sİ əlaqələri, yüksək səviyyəni göstərən ali səlahiyyətli perlər arasında deyil, nəticə etibarilə Sİ-ni quran və  istiqamətləndirən insanlar arasında baş verməlidir. Sİ, işin təbiətini transformasiya etməklə, çox sayda adamların kimliyini, icra qabiliyyətini və maliyyə təhlükəsizliyini risk altında qoya bilər.

Müasir erada problemə, standart reaksiya qaydasında həll yolu axtarılmalıdır. Cəmiyyətin bəzi seqmentləri daha uzağa gedə bilər, faktiki olmaqdansa, fiziki cəhətdən sağ qalmağı israr etmək yolunu tuta bilər. Elə fərdlər vardır ki, onlar amişlər və mennonitlər kimi bundan imtina edə bilərlər. Nəhayət olaraq, onlar özlərini guya yalnız inam və ağıl dünyasında hiss etməyə üstünlük verirlər. 

Müəlliflərin xatırlatdığı amişlər və mennonitlər, əsl sədaqətli xristian kimi yeni texniki vasitələrdən - radiodan, televizordan, avtomobildən və digərlərindən imtina etməklə, min illər əvvəl yaşamış insanların həyat tərzini seçmələri ilə, müasir adamlardan ciddi surətdə fərqlənirlər. Həmin xristian icmaları ABŞ-da və Meksikada mövcuddur.

Sİ iqtisadi cəhətdən varlılıq erasına qədəm qoyduqda, bizim münasibətlərimiz dəyişəcəkdir, insanlardan biri digəri ilə və özünə münasibətdə əvvəlkindən fərqlənəcəkdir. Bu gün "rəqəmsal yerli sakinlər"lə başlıca nəsillər arasında mövcud olan ayrılıq, "Sİ yerli sakinləri" arasındakı yeni bölgü qaydasında meydana çıxacaqdır. Ənənəvi ağıl və inam Sİ erasında da davam edəcəkdir, lakin onların təbiəti və qəbul edilməsi dərin şəkildə maşın əməliyyatı formasındakı yeni qüdrətli məntiqə bağlanacaqdır. Maarifçiliyin Hobbs, Lokk, Russo kimi siyasi filosofları öz konsepsiyalarını təbiətin nəzəri vəziyyətinə əsaslanaraq icad etmişdilər və onun əsasında insan varlığı ilə cəmiyyətin strukturasının cəhətlərinə baxışı ifadə etmişdilər. Ehtiyatlılıq, Sİ-ni məhdudlaşdırmağı axtara bilər, diqqəti onun harada və necə istifadə edilməsinə istiqamətləndirə bilər. Sİ bütövlükdə fiziki və rəqəmsal dünyaların kəşfində və idarə edilməsində aparıcı rol oynaya bilər.

  Əgər Sİ üstün mövqeyə malik olsa, bəzi adamlar insanlığı daha yaxşı qiymətləndirməyə qadir olacaqdır, əvvəllər isə onlar öz ətraflarını belə tanımır və təşkil etmirdilər. Sİ inqilabı, insanların gözlədiyindən daha tez baş verəcəkdir. Çünki Sİ və gələcək bir-birilə sıx bağlı olacaqdır. XV əsr Avropasında çap işinin irəliləməsi Sİ erası çağırışının, tarixi və fəlsəfi qaydada müqayisə edilməsini təklif edir. Orta əsrlər Avropasında bilik qiymətləndirilsə də, lakin kitablar nadir xarakter daşıyırdı. 1450-ci ildə alman şəhəri Mayntsda zərgər Yohannes Qutenberq aldığı borc puldan fond kimi istifadə edib, eksperimental çap pressini yaratdı. Onun cəhdi asan uğur qazandı - biznes çiçəkləndi və onun kreditorları Qutenberq Bibliyasını yaratmağı bacardılar. Bu, Avropada ilk çap olunmuş kitab idi ki, əl ilə yazmaya ehtiyac olmadan meydana çıxmışdı. Nəticə etibarilə çap pressi Qərbin hər bir sferasında inqilab əmələ gətirdi. Çap olunmuş kitablar geniş surətdə istifadə olunurdu, fərdlər və bilik arasında münasibət dəyişilmişdi. Yeni informasiya və ideyalar sürətlə və daha çox kanallarla yayıla bilirdi.

Bu gün, yeni epoxa metalı döyülür. Nəhayət, texnologiya yenidən biliyə, kəşfə, kommunikasiyaya və fərdi fikrə çevriləcəkdir. Süni intellektsə insan deyildir. O, nə ümid edir, nə dua oxuyur, nə də hiss edə bilir. O, şüurlu olmayıb, reflektiv qabiliyyətə də malik deyildir. O, insanın yaratdığıdır, insanın layihələşdirdiyi proseslərə, özünün yaratdığı maşınlar vasitəsilə baxır və onları ifadə edir. Bəzi hallarda onun nəticələri təəccüblüdür. Fərdlər və cəmiyyətlər Sİ-ni öz partnyorları hesab edirlər. O, elmi, tibbi, hərbi, siyasi və sosial sahələrdə öz xüsusiyyətlərini göstərməyə qadirdir. XV əsr Avropasından çap inqilabı yeni ideyaları və müzakirələri gündəliyə gətirməklə, həyatı varlanmış qaydadakı bir yola saldı. Bizim dövrümüzdə də Sİ daha geniş miqyasda oxşar bir rolu oynayacaqdır.

Əslində yeni, əvvəllər məlum olmayan insan-maşın partnyorluğu meydana gəlir. İlk dəfə olaraq insan, maşın üçün problemi və ya məqsədi müəyyən edir.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri