Sibirdə anomal istiyə görə məktəblər bağlandı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Buryatiyanın (Rusiya, Sibir) beş rayonundakı 77 məktəbin 80 mindən çox şagirdi bu gün, noyabrın 29-da distant təhsilə keçirilib.
Ölkə.az xəbər verir ki, bu barədə Buryatiya hökumətinin mətbuat xidmətinin məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qərar anomal istiləşmə nəticəsində qarın sürətlə əriməsi və yolların buz bağlamasına səbəb olan anomal isti hava şəraiti ilə əlaqədar qəbul edilib.
“Muxorşibirski, Tarbaqatayski, İvolginski, Pribaikalski rayonlarında, eləcə də Ulan-Ude şəhərindəki məktəblərdə əyani dərslər qismən dayandırılıb”, - məlumatda deyilir.
Ulan-Ude administrasiyası işəgötürənlərə işçiləri distant işə keçirməyi, vətəndaşları isə şəxsi nəqliyyatdan istifadə etməməyi və mümkünsə küçəyə çıxmamağı tövsiyə edib.
Buryat Hidrometeorologiya Mərkəzinin məlumatına görə, noyabrın 29-da respublikada havanın temperaturu +3 dərəcəyədək isti olacaq.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















