Siçanlar Polşaya hücum etdi
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşanın Poznan şəhəri siçanların hücumuna məruz qalıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Poznanda aparılan bərpa işləri nəticəsində siçan yuvaları dağılıb və gəmiricilər şəhərə yayılıb.
Bələdiyyə vəziyyətlə mübarizə aparmaq üçün məcburi dezinfeksiya tədbirləri elan edib. Restoranlar, xəstəxanalar və evlərdə tələ qurulması, binalardakı çatların bağlanması tapşırılıb.
