Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Sidik kisəsi xərçəngi. Yaranma səbəbləri, əlamətləri və müalicəsi

Sidik kisəsi xərçəngi. Yaranma səbəbləri, əlamətləri və müalicəsi

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Sidik kisəsi sidik yollarının bir hissəsi olan kiçik çanaq boşluğunda yerləşən içiboş bir orqandır. Maddələr mübadiləsinin son məhsulu olan sidik böyrəklər tərəfindən istehsal olunur və sidik axarından keçib sidik kisəsinə düşür.

Sidik kisəsində sidik yığılır və sonra sidik ifrazı zamanı sidik kanalı (uretra) vasitəsilə ifraz olunur.

Sidik kisəsinin divarı üç qatdan ibarətdir:
Daxili qat selikli qişa adlanır. Kisədə yığılmış sidiklə daim təmasda olur, kisənin germetikliyini (kip olmasını) və infeksiyadan qorunmanı təmin edir;

Orta qat əzələ toxumasından ibarətdir. Bu təbəqənin vasitəsilə sidik kisəsi yığılma və sidik ifraz etmə qabiliyyətinə malikdir;

Xarici təbəqəyə fibroz və piy toxuması, həmçinin qan damarları daxildir.

HANSI SİDİK KİSƏSİ ŞİŞLƏRİ OLUR?

Keçid hüceyrəli xərçəng (transitional cell carcinoma), ən çox yayılmış sidik kisəsi xərçəngidir və rast gəlinən bütün sidik kisəsi törəmələrinin 90%-i məhz bu növə aiddir. Keçid hüceyrəli xərçəng hallarının təxminən 70% -i sidik kisəsinin selikli qişa qatı ilə məhdudlaşan səthi şişlərdən ibarətdir. Bu şişlər nadir hallarda metastazlaşır və əksər hallarda həyat üçün təhlükə yaratmır. 30% hallarda, kisənin əzələ qatına böyüyən invaziv xərçəng inkişaf edir. İnvaziv şişlər qonşu orqanlarda yayıla bilər, metastazlaşır və həyat üçün təhlükəlidir.
Yastı hüceyrəli xərçəng (squamous cell carcinoma) – nadir hallarda rast gəlinir və bütün sidik kisəsinin xərçəngi hallarının 1-2%-ni təşkil edir. Sidik kisəsinin xərçənginin bu növü Afrika və Yaxın Şərq ölkələrində yayılıb. 75% hallarda yastı hüceyrəli karsinomaya bu ərazilərdə yayılmış Schistosoma haematobium paraziti səbəb olur.
Adenokarsinoma (adenocarcinoma) – halların təxminən 2%-ni təşkil edir və adətən bətndaxili amniotik mayeyə dölün sidiyini ifraz edən sidik kanalından (uraxusdan) inkişaf edir.
SİDİK KİSƏSİNİN XƏRÇƏNGİNİN YAYILMA TEZLİYİ NƏ QƏDƏRDİR?
Sidik kisəsinin xərçəngi tez-tez rast gəlinən şişlərdən biridir və əsasən 60-80 yaş arasında aşkar edilir. Hər il Azərbaycanda 300-dən çox yeni sidik kisəsinin xərçəngi halları qeydə alınır. Kişilərdə sidik kisəsinin xərçəngi qadınlara nisbətən 4 dəfə daha tez-tez rast gəlinir. Bu fərq, kişilərin xarici kanserogenlərlə (xərçəngin yaranmasına təsir edən amillər) daha tez-tez təmasda olması (bunlar avtomaşın yanacağı və sürtgü materialları, neft emalı məhsulları, ağır metalların emalı və s.), həmçinin prostat vəzinin böyüməsi nəticəsində sidik kisəsindən sidik axınının pozulması ilə izah olunur. Tütünçəkmə də, risk faktoru olaraq, qadınlarla müqayisədə, kişilərdə da çox yayılmışdır.

SİDİK KİSƏSİ XƏRÇƏNGİ HANSI AMİLLƏRDƏN İNKİŞAF EDƏ BİLƏR?

Təəssüf ki, suala cavab vermək heç də həmişə mümkün deyil. Nə üçün bir adamda sidik kisəsi xərçəngi inkişaf edir, digərində isə yox? Lakin, məlumdur ki, müəyyən risk faktorları olan şəxslər bu xəstəliyə daha çox meyllidirlər.

Tədqiqatlar sidik kisəsi xərçənginin inkişafında aşağıdakı risk faktorların rol oynadığını müəyyən edib:
Tütünçəkmə. Tütünün (o cümlədən, siqaretin) sidik kisəsi xərçənginin inkişafına təsir edən ciddi risk faktoru olduğu sübuta yetirilib. Uzun illər siqaret çəkən adamlar siqaret çəkməyənlərə və ya qısa müddət siqaret çəkənlərə nisbətən daha yüksək riskə malikdirlər. Sidik kisəsi xərçəngi ilə xəstələnmə ehtimalının yüksəlməsi gündə çəkilən siqaret sayının artması ilə bir başa bağlıdır;

Kimyəvi maddələr. Boya və lak, kimya, metallurgiya, toxuculuq və dəri sənayesində çalışanlarda sidik kisəsi xərçəngi inkişafı riski daha yüksəkdir. Bundan əlavə, bərbərlər, maşinistlər, çapçılar, rəssamlar və yük maşını sürücüləri yüksək risk altındadır;

Xərçəngin bəzi müalicə metodları. Digər bədxassəli yenitörəmələrlə bağlı müalicə alan xəstələrdə (məsələn, siklofosfamidlə müalicə və ya qarın və ya çanaq nahiyəsinə şua terapiyasından sonra) sidik kisəsi xərcənginin inkişaf riski yüksəkdir.

SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN ƏLAMƏTLƏRİ HANSILARDIR?

Sidik kisəsi xərçənginin əsas simptomları:

- Sidikdə qanın olması (hematuriya), xüsusilə də, qan olub ağrı hissinin olmaması, ən tipik, adətən ilk və vacib simptomdur (sidik pas və ya tünd qırmızı rəngdə ola bilər);

- Təkidlə, təcili sidik kisəsini boşaltmağa ehtiyac hissi

- Sidik ifrazı zamanı gücənməyə ehtiyac

- Sidik ifrazı (sidik kisəsinin boşaldılması) zamanı ağrı hissi.

SİDİK KİSƏSİ ŞİŞLƏRİ NECƏ AŞKAR EDİLİR?

- Ultrasəs müayinəsi

- Sistoskopiya, biopsiya

- Kompüter tomoqrafiyası (KT)

- Maqnit rezonans tomoqrafiya (MRT)

SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN MÜALİCƏSİ

İstifadə olunan müalicə növü aşağıdakılardan asılıdır.

- şişin sidik kisəsinin divarına nüfuz etməsinin dərinliyi;

- xəstənin yaşı və ümumi sağlamlıq vəziyyəti;

- şişin sidik kisəsinin daxilində yerləşməsi;

- şişin histoloji növü;

- uzaq metastazların olması.

SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN CƏRRAHİ MÜALİCƏSİ

Sidik kisəsi xərçənginin müalicəsi üçün istifadə olunan bir neçə növ cərrahi əməliyyat var. Erkən mərhələlərdə, yalnız şişi və şişin yaxınlığında yerləşən kisənin divarının bir hissəsini çıxarmaqla sidik kisəsinin özünü saxlamaq olar.

Kisənin transuretral rezeksiyası (TUR). Bu əməliyyat endoskopik (kəsiksiz) aparılır. Sidik kisəsinin TUR əməliyyatı sidik kisəsi xərçənginin erkən formalarının müalicəsində istifadə olunur. Bu zaman, bədəndə kəsik aparılmır və əməliyyat sidik kanalı (uretra) vasitəsilə sidik kisəsinə daxil olan xüsusi alətlə (rezektoskop) ilə aparılır:

Resektoskopun kanalı vasitəsilə kisənin boşluğuna xüsusi optik cihaz daxil edilir və görüntü monitorun ekranında göstərilir.
Resektoskopun sonundakı güclü elektrik cərəyanı keçən ilgəkdən istifadə edərək şiş xaric edilir.

Sidik kisəsinin açıq rezeksiyası – böyük bir səthi şiş və ya tək kiçik invaziv şiş olduqda aparıla bilər:

Açıq əməliyyat qarının aşağı hissəsindəki kəsiyin aparılmasını nəzərdə tutur. Əməliyyat zamanı şişlə bərabər sidik kisəsinin bir hissəsi və yaxınlıqda yerləşən limfa düyünlər çıxarılır.
Bəzən sidik kisəsi ilə uretranın (sidik kanalının) birləşdiyi sahə rezeksiya olunmalıdır. Bu zaman ureteranın sidik kisənin başqa bir hissəsinə köçürülməsi (ureterosistoneoanastomoz) tələb olunur.

Radikal sistektomiya. İnvaziv xərçəngdə yeganə müalicə metodu sidik kisəsinin bütöv çıxarılmasıdır – radikal sistektomiya. Radikal sistektomiya yalnız kisənin deyil, bitişik toxumaların da çıxarılmasını nəzərdə tutur. Qadınlarda, adətən uşaqlıq, yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq yolunun bir hissəsi və uretra (sidik kanalı) çıxarılır. Kişilərdə prostat vəzi və bəzən sidik kanalı (uretra) çıxarılır. Sidik kisəsi çıxarıldıqdan sonra cərrah orqanizmdə sidiyin toplanması və ifrazı üçün yeni yollar yaratmalıdır. Sidiyin bədəndən xaric edilməsi üçün yeni bir yolun yaradılması əməliyyatı “sidiyin yönləndirilməsi” adlanır. Sidiyin yönləndirilməsinin bir neçə yolu var:

“Təbii” sidik ifrazı funksiyasını bərpa etmək baxımından sidiyin yönləndirilməsi üçün ən çox üstünlük verilən metodlarından biridir və özündə sidik kanalı və sidik axarları ilə birləşən nazik bağırsağın bir hissəsindən yeni sidik kisəsi (ileosistoplastika) funksiyasını daşıyan rezervuarın yaradılmasını ehtiva edir;

Bəzən sidiyin yönləndirilməsi üçün nazik bağırsağın bir hissəsini istifadə edərək bir ucu sidik axarı ilə birləşdirilir, digəri isə stoma şəklində ön qarın divarının dərisinə çıxarılır, ətrafına paltar altında daşımaq məqsədilə xüsusi yastı sidik qəbuledici torbalar taxılır – Brikker əməliyyatı (ileum conduit);

Borular sidik axarları daxilində saxlanmaqla, qarın divarına çıxarıla bilər. Bu zaman sidik boruların vasitəsilə xüsusi torbaya (sidik qəbuledici) yığılır – ureterokutanostomiyaya. Borular selik və qan laxtaları ilə tıxana bilər, buna görə onların vəziyyətini diqqətlə monitorinq etmək və vaxtaşırı yuyaraq təmizləmək lazımdır. Həmçinin, borular sidik axarlarından düşə bilər. Bu halda təcili olaraq uroloqa müraciət etmək lazımdır.

Immunoterapiya (BCG terapiyası). Səthi sidik kisəsi xərçəngi zamanı immunoterapiya adlı bir müalicə aparılır. Müalicənin mahiyyəti, xüsusi olaraq hazırlanmış BCG peyvəndinin sidik kisəsinə yeridilməsidir. BCG vaksini əvvəlcə vərəm əleyhinə bir peyvənd kimi hazırlanmışdı, lakin sonradan sidik kisəsi şişlərinə qarşı onun aktivliyi müəyyən olundu. Vaksini meydana gətirən zəifləmiş bakteriyalar bədənin öz immunitetini stimullaşdırır, bu da şiş hüceyrələrini məhv edir. BCG peyvəndinin istifadəsi şişin yenidən yaranma ehtimalını iki dəfə azaldır.

Kimyəvi terapiya xərçəng hüceyrələrini öldürən dərmanların istifadəsidir. Sidik kisəsi xərçəngi zamanı kimyəvi terapiyanın bir neçə fərqli üsulundan istifadə olunur – dərman birbaşa kisəyə daxil edilən intravesikal kimyəvi terapiya və venadaxili yeridilən sistem kimyəvi terapiya:

İnstavesikal kimyəvi terapiya kisədə yerləşən xərçəng hüceyrələrinə təsir göstərir və şişin yenidən əmələ gəlməsinin qarşısını almaq üçün səthi şişlər hallarında aparılır. Sidik kisəsinin daxilinə kimyəvi terapiya aparıldıqda dərmanların yan təsirləri adətən az olur. Müalicə başlandıqdan sonra bir neçə gün ərzində sidikdə qan, tezləşmiş və ağrılı sidik ifrazı ola bilər. Bu simptomlar adətən müalicədən sonra yox olur.

Sistemli kimyəvi terapiya yalnız sidik kisəsində deyil, bütün bədəndə xərçəng hüceyrələrini məhv etməyə imkan verir və invaziv xərçəng və ya metastazlar olduqda həyata keçirilir. Kimyəvi terapiya adətən dövrü aparılır. Hər dövrdə müalicə və istirahət müddəti var. Yan təsirlər dərman vasitəsindən və fərdin tolerantlığından (dözümlülüyündən) asılıdır.

Şüa terapiyası. Şüa terapiyasından xərçəng hüceyrələrini məhv etmək və şişi kiçiltmək üçün yüksək dozada rentgen və ya digər şua növlərindən istifadə edilir. Bu müalicə üsulu invaziv sidik kisəsi xərçəngi zamanı istifadə olunur. Şüalanma seansları xüsusi qurğularda, adətən gündə bir dəfə, həftə sonları istisna olmaqla həftədə beş gün aparılır. Müalicə, ümumiyyətlə, 6-7 həftə davam edir. Şüa terapiyası tək və ya kimyəvi terapiya ilə birlikdə də istifadə edilə bilər.

MÜALİCƏDƏN SONRA MÜŞAHİDƏ NECƏ APARILIR?

Müalicədən sonra, şişin yenidən ortaya çıxması (resediv) baş verə bilər. Səthi formalar zamanı bu ehtimal 70%-ə çatır. Yeni şiş ilk törəmə olduğu yerdə əmələ gələ bilər, lakin adətən sidik kisəsinin selikli gişasının digər bir hissəsində resediv inkişaf edir. Buna görə sidik kisəsi xərçəngi ilə müalicə olunan xəstələr əməliyyatdan sonrakı ilk il ərzində hər 3 aydan bir müayinə olunmalıdır. Müayinənin ən vacib komponentlərindən biri sistoskopiyadır. Müayinəyə, həmçinin baxış, qan və sidik analizləri daxildir, ultrasəs və ya kompüter tomoqrafiyası da təyin edilə bilər. (teymurmusayev.com)

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:500
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 02:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri