Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Ağciyər xərçəngi, əlamətləri və müalicəsi

Ağciyər xərçəngi, əlamətləri və müalicəsi

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu xəstəlik ağ ciyərlərdə bədxassəli şişin inkişaf etməsi ilə xarakterizə olunur. Ağ ciyər xərçənginin inkişaf etməsinin əsas risk faktorları aşağıdakılardır:

- Siqaret çəkmək. Bu, ağ ciyər xərçənginin inkişaf etməsində ən əsas səbəb hesab olunur.

Siqaret çəkənlərdə ağ ciyər xərçənginin inkişaf etməsində risk dərəcəsi xəstənin yaşından, gün ərzində çəkilən siqaretlərin sayından, siqaretin hansı müddət ərzində çəkilməsindən asılıdır. Siqaret çəkməkdən tam şəkildə imtina etdikdən sonra ağ ciyər xərçənginin inkişaf etmə riski tədricən azalmağa başlayır, ancaq heç bir zaman ilkin (siqaret çəkmədikdə) risk dərəcəsinə qayıtmır;

- Genetik meylliliyin olması. Əgər sizin yaxın qohumlarınızda ağ ciyər xərçəngi ilə xəstələnənlər olarsa, siz də çox ehtiyatlı olmalısınız;

- Ekoloji faktorlar: havanın xeyli dərəcədə tozlu olması, iri sənaye şəhərlərində havaya zərərli qazların xaric edilməsi, radiasiyanın yüksək olması, tez-tez siqaret çəkənlərlə bir yerdə olmaq (passiv siqaret çəkilməsi), zərərli peşə faktorlarının təsiri (nikel, asbest, xrom, arsen və digər bu kimi zərərli maddələrlə uzun müddət təmasda olmaq, daş kömür şaxtalarında işləmək və s.);

- Ağ ciyərlərdə müxtəlif xroniki xəstəliklərin (məsələn, ağ ciyər vərəmi, xroniki bronxit) olması.

Ağ ciyər xərçənginin əsas əlamətləri:

- Ağ ciyər xərçənginin ən çox yayılmış əsas əlamətlərindən biri uzun müddət ərzində öskürəyin olmasıdır. Ağ ciyər xərçəngi zamanı öskürək, adətən, daimi xarakter alır, quru (bəlğəmsiz) olur. Ancaq bəzi hallarda öskürək bəlğəmlə də - selikli-irinli, bəzən isə selikli və təzə al qırmızı qan qarışığı ilə (qan hayxırma) olur;

- Təngnəfəslik - (fiziki gərginlik və ya sakit halda olduqda hava çatışmazlığı hissiyyatı) ağ ciyərdə olan şişin iri bronxlara təzyiq etməsi nəticəsində ağ ciyərlərə olan hava axınının qarşısını alması səbəbindən baş verir ki, bu zaman ağ ciyərin bir hissəsinin funksiyası pozulmuş olur;

- Bədən hərarətinin yüksəlməsi, həmçinin tez-tez baş verən (xüsusən də siqaret çəkənlərdə) pnevmoniyalar (ağ ciyərlərin iltihabı) ağ ciyər xərçənginin əlaməti ola bilər;

- Döş qəfəsində olan və dərin nəfəs alma zamanı güclənən ağrılar;

- Ağ ciyərdə olan şişin iri qan damarına yayılması zamanı ağ ciyərlərdən qanaxma da baş verə bilər. Ağ ciyər qanaxması ağ ciyər xərçənginin ən təhlükəli fəsadıdır! Bəlğəmdə xeyli miqdarda təzə, al qırmızı qanın müşahidə edilməsi zamanı tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır!

- Ölçüsü iri olan ağ ciyər şişləri qonşu orqanları və iri qan damarlarını sıxaraq aşağıdakı əlamətlərin meydana çıxmasına səbəb ola bilərlər: sifətin və qolların şişkinliyi, çiyinlərdə və qollarda ağrı, udma refleksinin pozulması, səsin hər zaman xırıltılı olması və ya hıçqırmaq.

- Xərçəngin istənilən növü üçün xarakterik olan ümumi əlamətlər: digər səbəblərlə izah oluna bilməyən zəiflik, bədən çəkisinin azalması, iştahanın olmaması.

Bəzi hallarda ağ ciyər xərçəngi uzun müddət simptomsuz keçərək profilaktik rentgen müayinəsi (flyuoroqrafiya) zamanı aşkar edilir.
Ağ ciyər xərçənginin profilaktikası üçün aşağıdakı əsas şərtlərə riayət etmək lazımdır:

- Ağ ciyər xərçənginin profilaktikası üçün ən effektli üsul siqaret çəkmək vərdişindən imtina etməkdən ibarətdir;

- İstehsalatdakı zərərli faktorların (nikel, asbest, daş kömür və sairə) təsirindən mümkün qədər uzaq olmaq lazımdır;

- Yaşa dolmuş insanlar ildə bir dəfə olmaqla ağ ciyərlərin profilaktik rentgen müayinəsindən (flyuoroqrafiya) keçməlidırlər. Ağ ciyər xərçənginin ilkin dövrlərdə aşkar edilməsi, digər bədxassəli şişlərdə olduğu kimi, müalicənin müvəffəqiyyətlə aparılmasının təminatıdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see349

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see316

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see303

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see300

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see292

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see291

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see257

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see254

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see219

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see216

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see215

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see206

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see205

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see202

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see198

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see196

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see193

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see192

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see175

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

13 Oktyabr 2026 16:15see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri