Icma.az
close
up
RU
Şifahi sənət və yazılı ədəbiyyat münasibətləri: monoqrafik tədqiqat işığında

Şifahi sənət və yazılı ədəbiyyat münasibətləri: monoqrafik tədqiqat işığında

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə akademik Muxtar Kazımoğlunun (İmanovun) “Şifahi sənət və yazılı ədəbiyyat” adlı monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat əsərində folklor və yazılı ədəbiyyat münasibətlərinin çoxşaxəli təbiəti, şifahi yaradıcılığın daxili qanunauyğunluqları və yazılı ədəbiyyatla qarşılıqlı əlaqələri elmi əsaslarla təhlil edilir. Müəllif diqqəti şifahi sənətin ritualla bağlılığına, mifoloji düşüncənin çağdaş ədəbiyyatda izlərinə və folklorla yazılı təhkiyənin qarşılıqlı təsirinə yönəldir.

Kitab “Şifahi sənət və onun ritualla bağlılığı”, “Mifoloji düşüncə və çağdaş ədəbiyyat”, “Folklor və yazılı ədəbiyyatda təhkiyə”, “Zaman və məkan”, “Üslub”, “Gülüşün magik və bədii-estetik mahiyyəti”, “Qəhrəmanı təqdim etməyin fərqli yönləri”, “Aşıq şeirində şifahilik və ustad sənətkar fərdiyyəti” və “Epik şeir və epos səsləşməsi” adlı doqquz fəsildən ibarətdir.

“Şifahi sənət və onun ritualla bağlılığı” adlanan fəsildə alim folklorun mahiyyətini onun ritual və mifoloji kökləri ilə əlaqədə araşdırır. Burada şifahi sənətin yalnız ədəbiyyat deyil, xalq mədəniyyətinin bütöv sistemi kimi formalaşdığı, ifaçılıq və kollektiv yaddaşın bu prosesdə həlledici rol oynadığı vurğulanır. Folklorun rituallardan bədii ifadə formasına keçidi “Kitabi-Dədə Qorqud” kimi mənbələr əsasında elmi şəkildə əsaslandırılır.

Kitabın “Mifoloji düşüncə və çağdaş ədəbiyyat” fəslində musiqi və rituallar vasitəsilə mifoloji təsəvvürlərin yazılı ədəbiyyata inteqrasiyası təhlil edilir. Alimin qənaətinə görə, qədim adətlər və mərasimlər insanın ilahi qüvvələrlə əlaqəsini göstərir, muğam və sufizm ənənələri isə arxaik mifoloji düşüncənin çağdaş ifadəsinə çevrilir.

Akademik Muxtar Kazımoğlu folklorun yalnız yazılı ədəbiyyat üçün ilkin mərhələ olmadığını, həm də özünəməxsus estetik sistemə malik müstəqil sənət forması kimi mövcudluğunu vurğulayır. Monoqrafiyada, eyni zamanda, şifahiliyin poetik prinsipləri, aşıq sənətində fərdiyyətin təzahürü, ritualın bədii formaya çevrilməsi kimi məsələlər elmi-nəzəri aspektdə işıqlandırılır.

Kitabın “Folklor və yazılı ədəbiyyatda təhkiyə”, “Zaman və məkan” və “Üslub” fəsillərində müəllif şifahi və yazılı mətnlərdə təhkiyə mexanizmlərini müqayisəli şəkildə təhlil edir. Bu bölmələrdə folklor təfəkkürünə xas olan dövrəvi zaman anlayışı, sakral və mifoloji məkan modelləri ilə yazılı ədəbiyyatda formalaşmış xətti zaman və fərdi məkan təsəvvürləri arasındakı fərqlər və səsləşmələr araşdırılır. Üslub məsələsi isə şifahilikdən doğan sabit formullar, təkrarlar və kollektiv ifadə formalarının yazılı ədəbiyyatda fərdi bədii üsluba necə transformasiya olunduğu kontekstində şərh edilir.

“Gülüşün magik və bədii-estetik mahiyyəti” və “Qəhrəmanı təqdim etməyin fərqli yönləri” fəsillərində isə folklor poetikasının mühüm komponentləri diqqət mərkəzinə çəkilir. Gülüşün yalnız estetik kateqoriya deyil, həm də magik, qoruyucu və sosial tənzimləyici funksiya daşıdığı folklor nümunələri əsasında əsaslandırılır. Qəhrəman obrazının təqdimatında isə kollektiv idealın, mifoloji tipajın və ritual davranışın rolu göstərilir, yazılı ədəbiyyatda bu modelin fərdiləşərək psixoloji dərinlik qazanması elmi-nəzəri müstəvidə izah olunur.

“Aşıq şeirində şifahilik və ustad sənətkar fərdiyyəti” və “Epik şeir və epos səsləşməsi” fəsilləri şifahi poeziyanın yüksək bədii-estetik imkanlarını ortaya qoyur. Bu bölmələrdə aşıq sənətində improvizasiya ilə ənənə, kollektiv yaddaşla fərdi ustad üslubu arasındakı tarazlıq təhlil edilir. Epik şeir və epos münasibətlərinə dair araşdırmalar isə şifahi epik düşüncənin yazılı ədəbiyyatda yaşama formalarını, motiv və struktur oxşarlıqlarını üzə çıxararaq folklorla yazılı ədəbiyyatın bir-birini tamamlayan canlı mədəni sistemlər olduğunu göstərir.

Tədqiqatda, həmçinin məkan-zaman modelinin folklor təfəkküründəki yeri, epik şeir və epos arasında səsləşmələr kimi mövzular folklor poetikasının ümumi mənzərəsi fonunda təhlil edilir. Müəllifin yanaşması, şifahi sənət ilə yazılı ədəbiyyat arasında sərhədlərin bəzən silindiyini, bu iki mədəni qatın bir-birini zənginləşdirdiyini göstərir.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabın elmi redaktoru akademik Kamal Abdulla, rəyçisi isə filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri