Icma.az
close
up
RU
“Sıfıra doğru” şüarı ilə “yaşıl” gələcəyə

“Sıfıra doğru” şüarı ilə “yaşıl” gələcəyə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sıfıra doğru şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı konfrans keçirilib. Tədbirdə respublikamızda sənaye təhlükəsizliyinin mövcud vəziyyəti təhlil edilərək sahənin inkişaf perspektivləri müəyyənləşdirilib.

Özəl və dövlət müəssisələri nümayəndələrinin iştirak etdikləri konfransda sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, həmçinin iş yerlərində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər, habelə qabaqcıl təcrübələr müzakirə edilərək fikir mübadiləsi aparılıb.

Tədbirin “Sinerjidən enerjiyə” mövzusundakı birinci panelində innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq yolları müzakirə edilib. Konfransın ikinci panelində isə müxtəlif sənaye liderlərinin karbonsuzlaşdırma sahəsindəki yeniliklər barədə məlumatları dinlənilib, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyalarının və əməkdaşlığın gücləndirilməsindəki rolu vurğulanıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev konfransda çıxış edərək Azərbaycanda “yaşıl” enerjinin saxlanc sistemləri üzrə həcmlərinin 6 dəfə artırılması təşəbbüsünü irəli sürüb və sənayenin hər bir ölkənin və cəmiyyətin inkişafının başlıca amillərindən biri olduğunu diqqətə çatdırıb.

C.Abdullayev ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirildiyini, rəhbərlik etdiyi agentliyin hazırda öhdəsində olan 3 əsas layihədən birincisinin 2027-ci ilin sonuna qədər başa çatdırılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu , ikincisinin isə 2027-ci ilin sonuna qədər, təxminən, 2 giqavata yaxın bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulmasının nəzərdə tutulduğunu bildirib.

“Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov isə konfransda Prezident İlham Əliyevin çağırışına əsaslanılaraq 2018-ci ildən etibarən bu sahədə genişmiqyaslı layihələrin icrasına başlanıldığını, respublikamızda “yaşıl” enerji sahəsində fəaliyyət göstərən şirkətlərin sayının getdikcə artdığını, bütün bunların nəticəsində böyükhəcmli enerji istehsalının müşahidə edildiyini diqqətə çatdırıb.

Azərbaycanın enerji potensialının çox yüksək olduğunu vurğulayan M.Sadıxov qeyd edib ki, 2021-ci ildə ilk pilot layihə çərçivəsində tikintisinə başlanan 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-dan etibarən fəaliyyətə başlayıb. Artıq indiyədək şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb. Bu enerji istehsalı nəticəsində 130 milyon kubmetrdən artıq qazın istifadəsinə qənaət edilib. Eyni zamanda, 200 min tondan artıq karbon emissiyasının qarşısı alınıb. Qaradağ Günəş Elektrik Stansiyası dövlət təminatı olmadan xarici investisiya hesabına icra edilən ilk layihədir ki, bu da Azərbaycanın investisiya cəlbediciliyini artıran mühüm nailiyyətlərdən biri kimi qeydə alınıb.

“Masdar” rəsmisi diqqətə çatdırıb ki, 2022-ci ildə bərpa olunan enerji sahəsində daha iki böyük saziş təsdiqlənib: “Quruda 1 giqavat gücündə günəş və 1 giqavat gücündə külək, dənizdə isə ilkin olaraq 2 giqavat, növbəti mərhələdə 4 giqavat gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. Bu məqsədlə COP29 çərçivəsində Energetika Nazirliyi və “AzərEnerji” ASC arasında müvafiq müqavilələr də təsdiqlənib. Artıq 760 meqavat gücündə 2 günəş elektrik stansiyası –Biləsuvarda 445 meqavat və Neftçalada 315 meqavat gücündəki elektrik stansiyalarının tikintisinə başlanılıb və 2026-cı ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılıb”.

Respublikamızda təmiz enerji mənbələrindən səmərəli istifadə edilməsi və ölkəmizin regionda “yaşıl” enerji mərkəzinə çevrilməsi istiqamətində gerçəkləşdirilən bu layihələr Azərbaycan hökumətinin bərpa olunan enerji sektorunun inkişafına verdiyi önəmin göstəricisidir. Dövlət bu sahənin genişlənməsi üçün həm hüquqi bazanı təkmilləşdirir, həm də investisiyaların cəlbini təşviq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri