Icma.az
close
up
RU
“Şikayətlərdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb” ADNSUdan açıqlama AzPolitika onlayn siyasiictimai qəzet

“Şikayətlərdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb” ADNSUdan açıqlama AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“AzPolitika.info” saytında “Rektor əvəzi öz adını ixtisasartırma kursuna yazıb...” sərlövhəli” məqaləyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov münasibət bildirib.

Qeyd edək ki, həmin məqalədə müəllim Elmira Xamməmədova adıçəkilən universitetin rəhbərliyindən şikayəti dərc olunub. O, iddia edib ki, universitetdən yüksək ixtisaslı müəllimləri və peşəkar tədqiqatçı alimləri uzaqlaşdırmaqla universiteti uçuruma yuvarlayırlar.

“Bunun da səbəbi, qeyri-ixtisasçıları universitetdə yüksək vəzifəyə təyin etmək, peşəkarları uzaqlaşdırmaq, ailə üzvlərini və qohumluq əlaqələri olan şəxsləri müxtəlif vəzifələrə təyin etdirməkdir. Adları dəfələrlə korrupsiya qalmaqallarında hallanan, rəhbərlikdə təmsil olunan şəxslər universitetdə çirkab bir mühit yaradıblar…”, - E. Xamməmmədova bildirib.

Vəd etdiyimiz kimi ADNSU-niun iddialarla bağlı mövqeyini təqdim edirik: “Son günlərdə bəzi informasiya portallarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir neçə müəllimin iş müqavilələrinin uzadılması üzrə müsabiqələrin nəticələri haqqında böhtan xarakterli fikirlər yer alıb. Xatırladaq ki, ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması haqqında Əsasnaməyə əsasən müəllim vəzifəsi müsabiqə yolu ilə 5 il müddətinə seçilir. Müddəti başa çatmış müəllimin vəzifəsinin tutulması üçün açıq müsahibə elan olunur və kafedra əməkdaşlarının səsverməsi yolu ilə həmin vəzifəyə seçki həyata keçirilir. Ən yaxşı müəllimlərin müsabiqə yolu ilə tədrisə cəlb edilməsi ali məktəblər üçün prioritet məsələlərdən olduğundan ADNSU-da səsvermənin bütün mərhələlərinin açıq və ədalətli keçirilməsi təmin edilib. Müsabiqənin nəticələrindən narazı qalan müəllimlərin şikayətləri istər Nəsimi rayonu Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində təmin olunmayıb, araşdırma zamanı şikayətlərdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Bəzi məqalələrdə ADNSU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Vazeh Əskərovun rəhbəri olduğu universitetdə guya ikinci ali təhsil alması barədə qeydlər həqiqəti əks etdirmir və elektron təhsil sistemi sayəsində bunu bir neçə kliklə öyrənmək olar.

ADNSU obyektiv səbəblər üzündən yollarını ayırdığı müəllimlərin bir neçə informasiya portalında qərəzli kampaniya aparmasından təəssüf hissi keçirir. Ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olan ADNSU-da son bir il ərzində müəllimlərin əmək haqqı 20% artıb, müəllimlərin dərs yükü azaldılıb, elmlə məşğul olmaq imkanlarının genişlənməsi sayəsində onların beynəlxalq elmi jurnallarda rekord sayda məqaləsi dərc olunub, alimlərimizin təqribən 70%-i əlavə maaş alır, yeni laboratoriyalar, karyera mərkəzi, layihələrin idarəolunması ofisi açılıb, universitetimiz nüfuzlu beynəlxalq reytinqlərdə irəliləyib, neft mühəndisliyi ixtisası üzrə dünyanın ən yaxşı ali məktəbləri sırasına daxil olub. Bir neçə müəllimin əsassız iddiaları universitetimizin imicinə zərər vurmaqla yanaşı ADNSU-da çalışan, hər gün öz biliklərini gənc nəslə ötürən yüzlərlə müəllimə, eləcə də bizdə təhsil alan 20,000-dək tələbəyə mənfi təsir göstərir.

Biz, akademik mühitimizlə bağlı məsələlərin obyektiv və ədalətli müzakirəsinə çağırırıq. Belə sui-istifadələr gələcəyin mütəxəssislərinin formalaşdırılmasına, ölkəmizdə elm və təhsilin inkişafına kölgə salır”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri