Icma.az
close
up
RU
Sikkələr qədim tariximizdən danışır...

Sikkələr qədim tariximizdən danışır...

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda Orta əsr Azərbaycanının siyasi tarixinin öyrənilməsində mühüm mənbələrdən biri olan sikkələrə həsr olunmuş elmi görüş keçirildi.

“Sikkələr danışır: Orta əsr Azərbaycanının siyasi tarixinin numizmatik mənbələri” adlı təqdimatda sikkələrin yalnız iqtisadi münasibətlərdə istifadə olunan pul vahidi deyil, eyni zamanda, müxtəlif tarixi dövrlərin siyasi, sosial və mədəni mənzərəsini özündə əks etdirən mühüm numizmatik mənbə olduğu diqqətə çatdırıldı.

Görüş çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi muzey və turizm mərkəzinin numizmatika mütəxəssisi, tədqiqatçı Şahin Əliyev Orta əsr Azərbaycanının siyasi tarixinin sikkələr vasitəsilə araşdırılması barədə məlumat verdi.

Alim qeyd etdi ki, numizmatikada sikkənin əsas tərəfi avers, qarşı tərəfi isə revers adlanır. Avers sikkənin ön üzü, revers isə arxa üzüdür. Bu iki səth üzərindəki hər bir yazı, ad, titul, dini ifadə və zərbxana nişanı sikkənin mənsub olduğu dövr haqqında müəyyən məlumat verir. Bu xüsusiyyət İslam sikkələrində özünü daha aydın göstərir. İslam pullarında aversdə, əsasən, dini məzmunlu yazılara, ayələrə və İslam inancını ifadə edən kəlmələrə yer verilirdi. Reversdə isə hökmdarın adı və titulu, sikkənin kəsildiyi zərbxananın adı kimi siyasi və inzibati məlumatlar göstərilirdi.

Xristian sikkələrində isə dini ayin və simvollar, əsasən, reversdə əks olunurdu. Bu xüsusiyyət sikkələrin üzərində dini dünyagörüşün hansı formada ifadə edildiyini müəyyənləşdirən mühüm cəhətlərdən biri idi. Nəzər yetirdiyimiz ilk nümunə Elxanilər dövlətinin hökmdarı Əbu Səidin hakimiyyəti dövrünə aid gümüş dirhəmdir. 3,36 qram ağırlığında olan bu sikkə üzərində daşıdığı yazılarla həm hökmdarın siyasi hakimiyyətini, həm də dövrün dini mühitini əks etdirir.

Sikkənin aversində İslam dini məzmunlu ifadə ilə yanaşı, İslam tarixində mühüm yer tutan ilk dörd xəlifənin – Əbubəkr, Ömər, Osman və Əlinin adları həkk olunub. Reversdə isə “Sultan əl-adil Əbu Səid Bahadur Xan” ifadəsi diqqəti cəlb edir. Hökmdarın adı və titulu ilə yanaşı, onun hakimiyyətinin davamlılığına dair dua xarakterli ifadə də yer alır. Sikkədə göstərilən tarix Hicri 733-cü il, yəni 1333/1334-cü ilə uyğun gəlir.

Belə nümunələrdən digəri Ağqoyunlu hökmdarı Sultan Yaqubun hakimiyyəti dövrünə aid gümüş təngədir. 5,1 qram ağırlığında, 18 millimetr diametrində olan bu sikkənin üzərində il göstərilməyib və buna görə də numizmatikada “ilsiz” sikkə kimi xarakterizə olunur. “Kim zərrə qədər xeyir iş görmüşsə, onun əvəzini alacaqdır” mənasını verən bu ayə sikkənin dini məzmununu ifadə edir.

Şirvanşahlar dövrünə aid gümüş sikkə də, sanki, öz üzərində həmin dövrün kiçik bir salnaməsini daşıyır.

Ön üzdə – aversdə İslam dini məzmunu daşıyan kəlmeyi-şəhadətin son variantı ilə yanaşı, “Zərb-i Şamaxı” ifadəsi yer alır. Zərbxananın adının sikkə üzərində göstərilməsi onun harada kəsildiyini müəyyənləşdirməyə imkan verir.

Sikkənin arxa üzü – revers isə daha fərqli kompozisiya ilə diqqət çəkir. Mərkəzdə beşguşəli ulduz yerləşir. Ulduzun ətrafında hökmdarın adı, titulu, xəlifənin adı və hakimiyyətin davamlılığına dair dua xarakterli ifadələr həkk olunub.

Beşguşəli ulduzun Şirvanşahlar dövrünün digər maddi-mədəniyyət nümunələrində də izlərinə rast gəlinməsi onun ayrıca araşdırma mövzusu olmasına imkan verir. Hətta Bakının ən qədim memarlıq abidələrindən olan Qız qalasının daş səthlərində də buna bənzər beşguşəli ulduz motivlərinə diqqət çəkilir.

Beləliklə, qədim və orta əsr sikkələri üzərindəki yazılar, hökmdar adları, titullar, dini ifadələr, dövlət rəmzləri və zərbxana nişanları həmin dövrün siyasi quruluşu və hakimiyyət dəyişiklikləri haqqında mühüm məlumatlar verir. Sikkələr üzərindəki hər bir detal müəyyən tarixi hadisənin, hakimiyyətin və ya siyasi prosesin izlərini daşıyır.

Fidan ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri