Silahlı Qüvvələri Günü münasibətilə Gəncədə baş tutan hərbi yürüşdən Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Gəncə şəhərində təntənəli hərbi yürüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə rəsmilər vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, Əbədi məşəl abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra qalib Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında şəhərin mərkəzi prospektlərində təntənəli yürüş ediblər. Hərbi orkestrlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
Yürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.












Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 İyun 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















