Həkimlər yaşaya bilməz dedilər Məşhur müğənninin acı taleyi FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türk musiqisinin tanınmış siması Yıldız Tilbe qatıldığı televiziya proqramında uşaqlıqda keçirdiyi ağır qəza ilə bağlı ilk dəfə danışıb.
Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni bildirib ki, uşaq yaşlarında üzərinə qaynar çay tökülməsi nəticəsində ağır yanıq xəsarətləri alıb və 6 ay xəstəxanada qalıb. Onun sözlərinə görə, həkimlər sağ qalma ehtimalının çox az olduğunu desələr də, o, həyatda qalmağı bacarıb.
Tilbe həmin hadisədən sonra sağ qulağında eşitmə qabiliyyətini itirdiyini də açıqlayıb. O, bəd nəzərə inandığını və bu səbəbdən həmişə yanında qara zirə toxumu gəzdirdiyini deyib.
Şəxsi həyatı ilə bağlı da səmimi danışan 59 yaşlı müğənni geriyə baxanda yeganə peşmançılığının evlilik olduğunu vurğulayıb. Bir qızı və iki nəvəsi olan Tilbe qızını mediadan uzaq saxlamasının səbəbini onun öz həyatını sərbəst yaşamasını istəməsi ilə izah edib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Yanvar 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















