Icma.az
close
up
RU
Şükranlıq günündəki hindquşu Vüsal Məmmədovun yazısı

Şükranlıq günündəki hindquşu Vüsal Məmmədovun yazısı

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Tramp Zelenskiyə 28 bəndlik plana razılıq bildirməsi üçün Şükranlıq Gününə qədər vaxt verib. Münasibət yox, məhz razılıq. Çünki “onsuz da gec-tez nə iləsə razılaşmalıdır”. Əla məntiqdir. Zelenski isə razılaşmağın labüdlüyünü General Şaxtanın gəlişilə əsaslandırır.
Adətən Şükranlıq Günündə Ağ Evə qurban kəsilmək üçün hindquşu gətirirlər. Amma prezident onu əfv edib buraxır. Çox simvolik gündür. Eyni gündə ABŞ-də milyonlarla hindquşu qurban kəsilir. Hətta amerikalıların dilində özünü “Şükranlıq günündəki hindquşu kimi hiss etmək” ifadəsi də var. Amma o kəsilən hindquşular qalır bir tərəfdə, bütün diqqət əfv olunub Ağ Evin çəmənliyinə buraxılan xoşbəxt, saqqalı quşun üzərində cəmlənir. Siyasətin, medianın, incəsənətin mahiyyətini bundan yaxşı əks etdirən ikinci misal tapmaq mümkün deyil.
Bu şükranlıq günündə Zelenski görəsən, özünü hansı hindquşu kimi hiss edəcək: kəsilən, yoxsa əfv edilən? Axı planın 26-cı bəndi ilə əfv edilib, 25-ci bəndə görə isə Ukraynada 100 gün ərzində yeni seçki keçirilməlidir. Bu, Zelenskinin getməli olduğuna açıq və incə işarədir. Mavr işini görüb. Putin “denasifikasiya” deyəndə bunu nəzərdə tuturdu. “Demilitarizasiya” deyəndə isə 6,7, 8, 18-ci bəndlərdə Ukraynanın ordusuna və silahlanmasına qoyulan məhdudiyyətləri.
Amerika yenə də II Dünya Müharibəsində uğurla tətbiq etdiyi sxemlə oynadı və qalib gəldi. Həmin sxemin qısa məğzi budur: “Kim döyüşürsə-döyüşsün, qazanan biz olacağıq”. Trampın təkliflərinin və dediklərinin hamısını yuvarlaqlaşdırsaq, belə bir qısa nəticə çıxır: “Döyüşdünüz, sağ olun, indi isə bəsdir, dayanın, imkan verin, biz qazancımızı götürək”. Lets make a deal! Əvvəllər diplomatiya dil tapmaq sənəti idi, Tramp onu deal tapmaq sənətinə çevirdi.
Etiraf etmək lazımdır, Donald Fred oğlunun dediklərində həqiqət payı çoxdur. Məsələn, açıq deyir ki, ən yaxşı sövdələşmə bu müharibəni başlamamaq ola bilərdi. Qalan bütün sövdələşmələr pisdir. Söz Ukraynaya eşitdirilir - hücuma məruz qalan ölkəyə. Və bu heç də geosiyasi “victim blaming” deyil. “Viktim bleyminq” məişətdə olur: qısa geyinmiş qızı gecə dalanda zorlananda biri qəzəblə deyir ki, “niyə elə açıq geyinmişdi”, o biri qaşlarını çatıb, gecə vaxtı gənc qızın dalanda nə süləndiyini soruşur. Belə çıxır ki, zorlayanda günah yoxdur. Amma siyasətdə bu prinsip belə işləmir. Siyasətdə qurban yoxdur, varsa da ABŞ prezidentinin kəsməyib buraxdığı hindquşudur. Siyasətdə yaxşı və pis oyunçular, udanlar və uduzanlar, peşəkarlar və diletantlar var.
Bizim folklorda “viktim bleyminq”in absurdluğu daha yaxşı bədii həllini tapıb. “Nə işin var cığırda, çaqqal səni çığırda” ifadəsində günah metaforik obraz olan çaqqalın yox, cığırda gəzənin üzərinə qoyulur: Özünü çaqqala yem etməməli idi. Çaqqalı o sadə səbəbə görə qınamırq ki, mənası yoxdur - onun təbiəti belədir, cığırda gəzəni çığırtmaq onun boyuna biçilmiş mahiyyətidir.
Rusiya-Ukrayna müharibəsində cığırın hara, çığırdılanın kim olduğu bəllidir, amma çığırdan əslində kimdir - bax, burada hər şey göründüyü qədər sadə deyil. Əslində siyasəti təhlil edənlərin müdrikliyi çığırdanı vaxtında tanıya bilmək üçün lazımdır. Amma bundan da vacib sual var: çığırdılan cığıra öz xoşu iləmi getmişdi? Yoxsa onu yönəldən olmuşdu? Fəqət bunun da artıq mənası yoxdur - getməməli idi, vəssalam.
Aydın olan bircə odur ki, Rusiya-Ukrayna müharibəsi hər iki xalqın müasir tarixindəki ən ağır fəlakətdir. Onun yaraları onilliklərlə sağalmayacaq. Burada Amerikanın qazancı təkcə hər iki ölkənin iqtisadiyyatında və təbii sərvətlərində paya yiyələnmək deyil. Ukrayna ilə Rusiya nə vaxtsa kürəklərini bir-birinə söykəsələr, bütün Avropaya meydan oxumağa qadir qüvvəyə çevriləcək potensiala sahib idilər. İndi həmin perspektvin yerində iki kar, kor, kürkü yırtıq kirpi var. Və onlar azı yarım əsr iynələrini bir-birinin kürkünü yamamaq üçün yox, bir-birinə batrımaq üçün qabardacaqlar.
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Noyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri