Icma.az
close
up
RU
Silk Way Alat Free Economic Zone və ICAO arasında strateji razılaşma imzalanıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Silk Way Alat Free Economic Zone və ICAO arasında strateji razılaşma imzalanıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Silk Way Alat Free Economic Zone" şirkəti (SW AFEZCO) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) COP29 çərçivəsində dayanıqlı aviasiyanın inkişafı istiqamətində mühüm bir addım olan strateji razılaşma imzalayıb. Ələt Azad İqtisadi Zonasında sertifikatlaşdırılmış yaşıl hava limanı və karqo kəndinin yaradılması üçün ortaq baxış və ümumi öhdəliyi təcəssüm etdirən bu əməkdaşlıq həm ICAO-nun, həm də Azərbaycan Respublikasının ekoloji dayanıqlılıq məqsədlərinə cavab verir.

Bu əməkdaşlıq həm milli qanunvericiliyə, həm də beynəlxalq ətraf mühitin mühafizəsi standartlarına əsaslanacaq ekoloji cəhətdən dayanıqlı hava limanı əməliyyatlarını inkişaf etdirmək məqsədi daşıyır. Əsas diqqət mərkəzində olan sahələrə "Yaşıl Hava Limanı" sertifikatına nail olmaq üçün ICAO-nun texniki təlimatı, sənayedə aparıcı ekoloji təcrübələrin inteqrasiyası və Ələt Azad İqtisadi Zonasının dayanıqlı hava limanı əməliyyatları üçün etalon kimi yaradılması üçün innovasiyalar daxildir.

ICAO təşkilatının Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolya Rallo qeyd edib ki, təşkilatın "yaşıl hava limanının" yaradılması üçün SW AFEZCO ilə əməkdaşlığı aviasiya sahəsində dayanıqlı modeli hədəfləyən birgə istəyi təcəssüm etdirir: "Bu, iqtisadi artıma töhfə verməklə yanaşı, regionda ekoloji məsuliyyət üçün yeni standartlar müəyyən edəcək. Bu razılaşma Azərbaycan Respublikası ilə ICAO arasında mülki aviasiyanın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Hava nəqliyyatının dayanıqlı gələcəyi naminə irəliyə doğru birgə addım atacağıq".

Öz növbəsində, "Silk Way Group"-un prezidenti Zaur Axundov bu tərəfdaşlığın ekoloji məsuliyyətə dair sarsılmaz öhdəliyi əks etdirdiyini və regionda dayanıqlı hava limanı və karqo əməliyyatları üçün transformativ standart müəyyən etdiyini vurğulayıb: "COP29 kimi əhəmiyyətli bir forumda ICAO ilə qüvvələrimizi birləşdirərək aviasiya üçün daha yaşıl gələcəyə olan baxışımızı gerçəkləşdirməkdən qürur duyuruq".

Əməkdaşlığın məqsədi aşağı karbonlu texnologiyalar, tullantıların idarə edilməsi üzrə qabaqcıl sistemlər və dayanıqlı enerji həllərini hava limanının dizayn və əməliyyatlarına inteqrasiya etməklə konkret dayanıqlılıq məqsədlərinə nail olmaqdır. Bu səylər aviasiya logistikası ilə bağlı ətraf mühitə təsirləri əhəmiyyətli dərəcədə azaldaraq yaşıl hava limanı və karqo kəndinin beynəlxalq standartlara cavab verməsini təmin edəcək.

SW AFEZCO və ICAO aviasiya sənayesi üzrə bütün maraqlı tərəfləri qlobal logistika və infrastruktur üçün dayanıqlı gələcəyin yenidən şəkilləndirilməsi prosesində onlara qoşulmağa dəvət edir. Ələt Azad İqtisadi Zonasında "yaşıl hava limanı" yaratmaqla onlar sadəcə öhdəliklərini yerinə yetirmək deyil, həm də dayanıqlılıq və əməliyyat mükəmməlliyinə birlikdə nail oluna biləcəyini nümayiş etdirərək dünya üzrə oxşar təşəbbüsləri alqışlayırlar.

"Silk Way Group" 2006-cı ildə yaradılmış Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli "Silk Way Group" aviasiya yükdaşımaları üzrə aparıcı Azərbaycan konqlomeratıdır. 2019-cu ildə qrup əməliyyatları sadələşdirmək məqsədilə üç əsas törəmə müəssisəni təsis etdi: çoxyönlü yükdaşımalar təklif edən "Silk Way Airlines", qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən "Silk Way West Airlines" və təyyarələrin təmir və texniki xidmətini təmin edən "Silk Way Technics". Dünya üzrə 1700-dən artıq mütəxəssisin çalışdığı bu şirkətlər Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri