Icma.az
close
up
RU
Silk Way Alat Free Economic Zone şirkəti və Modern Construction Group əlamətdar saziş imzalayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Silk Way Alat Free Economic Zone şirkəti və Modern Construction Group əlamətdar saziş imzalayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"SW AFEZCO" və "Modern Construction Group" arasında mühüm layihələndirmə və tikinti sazişi imzalanıb. Razılaşma "Silk Way Cargo Village" karqo kəndinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Müasir tələblərə cavab verən bu layihə Azərbaycanın logistika və yükdaşımalar üzrə qlobal mərkəzə çevrilmək öhdəliyini vurğulamaqla Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək.

"Modern Construction Group" "Silk Way Cargo Village" karqo kəndinin bir hissəsi kimi üç əsas obyektin layihələndirilməsi və tikintisini həyata keçirəcək: yük terminalı, "Silk Way" ofis binası və ekspeditorların birgə istifadəsi üçün nəzərdə tutulmuş ərazi. Saziş bu obyektlərin yaşıl və dayanıqlı infrastrukturun beynəlxalq standartlarına uyğun şəkildə inşa edilməsini təmin edir.

Layihə "SW AFEZCO"nun aviasiya və logistika sahələrində innovativ və effektiv həlləri təşviq etməyə, dayanıqlı inkişafı dəstəkləməyə və regionlar arasında əlaqələri möhkəmləndirməyə yönəlmiş səylərini əks etdirir.

"SW AFEZCO"nun baş direktoru Cavad Dbila qeyd edib ki, bu razılaşma Azərbaycanın aparıcı qlobal logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsi istiqamətində dönüş nöqtəsi hesab oluna bilər:

"Tam avtomatlaşdırılmış 30 000 kvadratmetr sahəli Xəzər dənizi regionunun ən böyük yük terminalı dayanıqlı inşaat sahəsində yeni standartlar müəyyən edəcək və Avropa ilə Asiya arasındakı ticarət əlaqələrini gücləndirərək Azərbaycanın qlobal logistika şəbəkəsindəki strateji mövqeyini təsdiq edəcək".

Öz növbəsində, "Modern Construction Group"un direktoru Arif Quliyev "Silk Way" "SW AFEZCO" ilə bu əhəmiyyətli layihədə əməkdaşlığı böyük şərəf adlandırıb: "Mürəkkəb infrastruktur layihələrinin icrasındakı təcrübəmiz "Silk Way Cargo Village" karqo kəndinin Azərbaycanın logistika ekosisteminin əsas elementi olmasını təmin edəcək".

Layihənin 2026-cı ilin iyul ayına qədər tamamlanması planlaşdırılır və bu, beynəlxalq ticarət əlaqələrinin inkişafında "SW AFEZCO" strateji əhəmiyyətini daha da artıracaq.

"Silk Way Alat Free Economic Zone" şirkəti haqqında

"Silk Way Alat Free Economic Zone" şirkəti "Silk Way Group"a aid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlı aviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkət yaşıl hava limanı və karqo kəndi kimi transformativ layihələri idarə etmək üçün təsis edilib. "SW AFEZCO" qabaqcıl dayanıqlı texnologiyaları və innovativ logistika həllərini inteqrasiya edərək Azərbaycanın aparıcı tranzit mərkəzi statusunu möhkəmləndirir. Şirkətin təşəbbüsləri milli və beynəlxalq standartlara uyğundur, həmçinin iqtisadi inkişafı və ekoloji məsuliyyəti təşviq edir.

"Modern Construction Group" haqqında

MCG yerli və beynəlxalq bazarlarda təxminən 30 illik təcrübəyə malik olan bir şirkətdir və dünyanın ən yüksək standartlarına cavab verən 100-dən artıq layihəni uğurla tamamlayıb. Şirkətin peşəkar mütəxəssislərdən ibarət komandası geniş sahələr üzrə tam inteqrasiya olunmuş layihələndirmə və tikinti xidmətləri təqdim edir. Strateji planlaşdırmadan və memarlıqdan tutmuş mühəndislik, sənaye və mülki tikinti sahələrinə qədər MCG hər ölçüdə layihələrə uyğunlaşdırılmış kompleks həllər təklif edir.

MCG qabaqcıl tikinti idarəetmə üsullarını, müasir texnologiyaları, innovativ yanaşmaları və yüksək ixtisaslı mütəxəssislərinin təcrübəsini tətbiq edərək layihələri vaxtında və büdcəyə uyğun şəkildə tamamlayır. Şirkətin portfeli bp, "Tecnimont", "Técnicas Reunidas", SOCAR, "Halliburton", "Schlumberger", AZANS, "Israel Shipyards", AZFEN və "Saipem" kimi dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıqları əhatə edir. MCG təcrübə, innovasiya və mükəmməlliyin birləşməsinin təcəssümüdür və bu, komandaya ən mürəkkəb layihələri belə dəqiqliklə və yüksək keyfiyyətlə həyata keçirməyə imkan yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri