Icma.az
close
up
RU
Şimail Kiprin iki naziri eyni efirdə Kiprə vəsiqə ilə gedə biləcəyik

Şimail Kiprin iki naziri eyni efirdə Kiprə vəsiqə ilə gedə biləcəyik

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda yayımlanan Media Türk TV-nin “Net Baxış-360 Dərəcə” proqramında diqqətçəkən efir baş tutub. Verilişin aparıcısı Serdar Şengülün suallarını cavablandırmaq üçün əvvəlcə Şimali Kiprin bayındırlıq və nəqliyyat naziri, YDP sədri Erhan Arıklı efirə qatılıb. Proqramın gedişində isə Şimali Kipr Türk Respublikasının Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və idman naziri Fikri Ataoğlu canlı bağlantı ilə müzakirələrə qoşulub. Beləliklə, iki nazir eyni efirdə Azərbaycan tamaşaçılarına müraciət edib.

Nazir Erhan Arıklı çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən vizasız səyahət təşəbbüslərinə toxunaraq, bu istiqamətdə Azərbaycan və Türkiyənin öncül rol oynadığını bildirib. Çünki Azərbaycan Prezidenti cənab ilham Əliyev Şimali Kiprə tarixdə gprülməmiş dəstəkləri verdi. O, Azərbaycan ilə Şimali Kipr arasında şəxsiyyət vəsiqəsi ilə giriş məsələsinin gündəmdə olduğunu qeyd edib.

Aparıcının bu barədə sualını cavablandıran Arıklı deyib ki, qarşılıqlılıq prinsipi əsas olsa da, Azərbaycanın Şimali Kipr Türk Respublikasına göstərdiyi davamlı dəstək nəzərə alınaraq, tək tərəfli qərar variantı da istisna edilmir.

Nazir, həmçinin Yeni Ercan Hava Limanının beynəlxalq standartlara tam cavab verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Hava Yollarının (AZAL) yaxın gələcəkdə Şimali Kiprə uçuşlara başlaması ilə bağlı danışıqlar davam edir. Ən pis ehtimalda isə Ercan Hava Limanının Türkiyənin daxili reyslərinə daxil edilməsi variantı nəzərdən keçirilir.

Proqrama sonradan qoşulan Baş nazir müavini Fikri Ataoğlu Azərbaycan–Şimali Kipr Türk Respublikası turizm əlaqələrinin son illər təbii şəkildə inkişaf etdiyini bildirib. Ataoğlu qeyd edib ki, Qarabağ zəfərindən sonra bölgədə aparılan bərpa işləri ölkəsinin vətəndaşlarının Qarabağa marağını artırıb, eyni zamanda Azərbaycan vətəndaşlarının da Şimali Kiprə turistik səfərləri intensivləşib.

Nazir əlavə edib ki, iki ölkə arasında qardaşlıq münasibətləri əsasında qurulan əməkdaşlıq 2026-cı ildə də davam etdiriləcək. Ataoğlu sonda Azərbaycanlı iş adamlarını Şimali Kiprə investisiya yatırmağa çağıraraq, ölkədə müxtəlif sahələr üzrə əlverişli yatırım imkanlarının mövcud olduğunu vurğulayıb.

Serdar Şengül

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri