“Şimal axını”nda baş vermiş partlayışa görə şübhəli bilinən Ukrayna vətəndaşı İtaliyada həbs edilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Roma, 21 avqust, AZƏRTAC
“Şimal axını” boru kəmərində 2022-ci ildə baş vermiş təxribat əməliyyatının əlaqələndiricilərindən biri olduğu güman edilən Ukrayna vətəndaşı İtaliyada həbs olunub.
AZƏRTAC xəbər verir ki, 49 yaşlı həmin şəxs İtaliyanın təhlükəsizlik qüvvələri tərəfindən ailəsi ilə birlikdə tətildə olduğu Rimini şəhərində saxlanılıb. Onun “Şimal axını”nda baş verən partlayışda əli olan qrupun üzvü olduğu güman edilir.
Əməliyyat Almaniya Federal Prokurorluğunun qərarı ilə Rimini polisinin əməkdaşları tərəfindən beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirilib.
Təqsirləndirilən şəxs partlayıcı maddələrlə partlayış törətməkdə və konstitusiyaya zidd təxribat törətməkdə şübhəli bilinir. O, İtaliyadakı proseduralar tamamlandıqdan sonra Almaniyada hakim qarşısına çıxarılacaq.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da “Şimal axını”da partlayış baş verib və hər iki boru kəmərinə ciddi ziyan dəyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















