Şimali İrlandiyada 28 illik qadağadan sonra mübahisəli yürüşə icazə verilib
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şimali İrlandiyanın Portadun şəhərində katolik icmasının yaşadığı Garvaghy Road küçəsi ilə protestant loyalistlərin yürüşünə 28 illik fasilədən sonra yenidən icazə verilibb, SİA xarici mənbələrə istinadən xəbər verir.
“Orange Order” təşkilatının yürüşünün bazar günü səhər saat 08:00-da keçirilməsi planlaşdırılır. Qərar şənbə günü gecə saatlarında məhkəmə instansiyaları arasında davam edən hüquqi prosesdən sonra qəbul edilib.
Ali Məhkəmənin hakimi Patricia Smyth əvvəlcə yürüşün keçirilməsini müvəqqəti dayandıraraq tərəfləri Şimali İrlandiyada gərginliyin artmasının qarşısını almaq üçün məsuliyyətli davranmağa çağırıb. Lakin Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək yürüşə qoyulan qadağanın hüquqi əsaslarının olmadığını bildirib.
Daha sonra yürüşün katoliklərin yaşadığı ərazidən keçməsinin qarşısını almaq üçün verilən yeni müraciət də rədd edilib.
Garvaghy Road ilə yürüş 1998-ci ildə Drumcree kilsəsi yaxınlığında baş verən məzhəb qarşıdurmalarından sonra qadağan edilmişdi. Bölgədə uzun illər davam edən katolik-republikaçı və protestant-yunionist qarşıdurması Şimali İrlandiyada ciddi gərginliyə səbəb olub.
Yürüş ərəfəsində Garvaghy Road ərazisində yüzlərlə insan toplaşıb. Yerli sakinlərin yürüşə qarşı etiraz aksiyası keçirməsi gözlənilir.
Şimali İrlandiyanın birinci naziri Mişel O’Neill məhkəmə qərarının ləğv edilməsini tənqid edərək yürüşün Garvaghy Road icmasının iradəsinə zidd olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Sentyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















