Icma.az
close
up
RU
Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları barədə YENİ XƏBƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları barədə YENİ XƏBƏR

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları məsuliyyətli şəxslər deyillər.

"AzPolitika" xəbər verir ki,  bunu "Report"a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.

O, deyib ki, qəza ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyev haqqında istintaq materialları toplanır:

"Bu gün ikinci hazırlıq məhkəməsi keçirilib. Ancaq qəza baş verməsi ilə bağlı məhkəmə qərarvermə mərhələsində deyil. Bizim vətəndaşlarımız, yüksək səlahiyyət sahibi deyildilər ki bu qəzanın baş verməsi və ya baş verməməsi ilə bağlı qərar qəbul eləsinlər".

O qeyd edib ki, gəmidə çalışan üç Azərbaycan vətəndaşı texniki personal olub.

"Məhkəmənin ilk hazırlıq iclasında bunların həbs olunması ilə bağlı üç günlük həbs qəti imkan tədbiri seçilmişdi. Bu qərar onların, həmçinin bizim vətəndaşlarımız daxil olmaqla, personalının günahkar olmasına anlamına gəlmir. Bu istintaq prosesində məlum olacaq. Hadisənin iştirakçıları, sərnişinlər, gəmi limanındakı personal da daxil olmaqla, polis son üç gün ərzində yüzə yaxın şəxsdən izahat aldı.

Bu gün məhkəmə ikinci dəfə hazırlıq iclasını keçirirdi və əldə olunan dəlillərin yetərli olmaması səbəbindən növbəti məhkəmə iclasının tarixini səkkiz gün sonraya müəyyənləşdirdi".

Orxan Həsənoğlu deyib ki, Azərbaycan vətəndaşları öz həyatlarını riskə ataraq, ağır qəza vəziyyətdə digərlərinə yardımçı olublar:

"Bizim vətəndaşlarımız barəsində cinayət tərkibli materiallar yoxdur. Onlar tamamilə humanizm prinsipləri ilə orada insanlara yardımçı olublar, xilas etməyə çalışıblar. Onlar gəmini ilk tərk edənlərdən olmayıblar. Gəminin kapitanı və köməkçisi gəmini tərk edib, mülki şəxslərin gətirdiyi qayıqlara minib uzaqlaşdığı halda, bizim vətəndaşlarımız öz həyatlarını riskə ataraq, insanlara qayğı göstərərək maksimum yardım etməyə çalışıblar".

O deyib ki, bununla bağlı topladıqları dəlillərin və materialların məhkəməyə təqdim olunmasını təmin edirlər.

"Oradakı vəkillər bizim vətəndaşlarımızın xeyrinə olan video materialları, çəkilişləri, sərnişinlərin ifadələrinə əsaslanan materialları maksimum şəkildə məhkəməyə təqdim etməyə çalışırlar. Qarşıdan gələn səkkiz gün ərzində, növbəti iclas gününə qədər biz maksimum materialları toplamağa çalışacağıq".

Avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri