Icma.az
close
up
RU
Şimali Koreya Putinə minlərlə konteyner sursat verib Newsweek

Şimali Koreya Putinə minlərlə konteyner sursat verib Newsweek

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şimali Koreya 18 ay ərzində Rusiyaya 15 800 konteynerdən çox sursat göndərib və Ukraynaya qarşı müharibədə Kremlin kritik təchizatçısı olub.

Bizimyol.info xəbər verir ki, "Newsweek"in verdiyi məlumata görə, peyk görüntüləri və gəmilərin və onların yüklərinin təfərrüatlı 3D təsvirlərindən istifadə etməklə aparılan təhlil 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər Şimali Koreyadan Rusiyaya ən azı 64 yük daşındığını müəyyən edib.

Hesabatda deyilir ki, bu tədarüklər vasitəsilə Rusiya ordusu təxminən 4,2-5,8 milyon patron əldə edib. Bildirilir ki, Şimali Koreyanın sursatlarının daşınmasında Rusiya bayrağı altında 4 yük gəmisi - “Angara”, “Lady R”, “Maria” və “Maya-1” iştirak edib.

“Şimali Koreyadan sursat axını Rusiyaya hücum sürətini saxlamağa imkan verir, bu, Qərbin Ukraynaya hərbi yardımının effektivliyini zəiflədir. Əgər nəzarət edilməzsə, bu silah axını döyüş meydanını daha da rusların xeyrinə dəyişdirə və həm Avropa, həm də Şərqi Asiyada daha geniş təhlükəsizlik risklərini artıra bilər”, - deyə hesabatda deyilir.

Kreml İran və Şimali Koreya öz köməkçiləri hesab edir. O, əlavə hərbi texnika üçün onlara, iqtisadiyyatını ayaqda saxlamaq üçün ticarət və böyük neft alışlarında isə Çinə arxalanır.

Ötən ilin sonunda Şimali Koreya əsgərlərinin Rusiya Federasiyasının Kursk vilayətində döyüşdüyü məlum olub. Həmin vaxt onların Kursk vilayətində 10 minə yaxın olduğu bildirilirdi. Ukrayna hərbçiləri bir neçə Şimali Koreya əsgərini ələ keçirə bilib.

Aprelin əvvəlində isə Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiya Federasiyasının tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürüblər. Ukrayna prezidenti Vladimir Zelenski əllərində Çin və Şimali Koreya əsgərlərinin müvafiq sənədlərin, həmçinin şəxsi əşyaların olduğunu bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Aprel 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri