Icma.az
close
up
RU
Şimali Koreya sakinləri müharibəyə getməmək üçün saxta vərəmi arayışı alır Newsweek

Şimali Koreya sakinləri müharibəyə getməmək üçün saxta vərəmi arayışı alır Newsweek

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimali Koreyada kişilərin Rusiya cəbhəsinə göndərilməsinin qarşısını almaq üçün ailələr saxta tibbi arayışlar almağa çalışır. Bunun üçün onlar orta aylıq maaşlarının 100 qatından çox pul xərcləyirlər.

Qayanrinfo xəbər verir ki, bu barədə "Newsweek" yazıb.

Müharibədən yayınmaq üçün saxta sənədlər alınır

ABŞ və Cənubi Koreya kəşfiyyatının məlumatlarına görə, Kim Çen In rejimi artıq Rusiyaya 12 000-ə qədər hərbi qulluqçu göndərib. Onlar Kursk bölgəsində döyüşlərdə iştirak edərək Rusiya qüvvələrinə Ukraynanın əks-hücumuna qarşı dayanmaqda kömək edirlər. Lakin nə Moskva, nə də Pxenyan bu faktı rəsmi olaraq təsdiqləmir.

Şimali Koreyanın dünyanın ən böyük ordularından birinə sahib olduğu bildirilir - 1,3 milyon aktiv hərbçi və 7,6 milyon ehtiyat qüvvə. Kişilər üçün 10 illik, qadınlar üçün isə 5 illik hərbi xidmət məcburidir. Bu səbəbdən ailələr sevdiklərini məcburi çağırışdan azad etmək üçün müxtəlif yollar axtarır.

Saxta arayışların qiyməti beş dəfə bahalaşıb

"Radio Free Asia"nın məlumatına görə, saxta vərəm arayışı almaq üçün həkimlərə rüşvət vermək xərci ötən ilki 100 dollardan 500 dollara qədər artıb. Halbuki Şimali Koreyada dövlət qulluqçularının orta aylıq maaşı cəmi 1-3 dollar civarındadır. Buna baxmayaraq, bir çox ailələr bu pulu ödəməyə hazırdır, çünki yaxınlarının cəbhədə ölə biləcəyindən qorxurlar.

"Əgər oğullarımız orduda xidmət edib Rusiyaya göndərilsələr, onları bir daha sağ görməyə bilərik", deyə Ryangqan vilayətinin sakini bildirib.

Müharibədə əsir düşən bir Şimali Koreya əsgərinin sözlərinə görə, ona əvvəldən Rusiyaya göndəriləcəyi barədə heç bir məlumat verilməyib. Bir çox insan döyüş bölgəsinə aparıldığını gözləmirmiş və kiminlə vuruşduğunu anlamırmış.

"Bizim düşmənimiz kimdir? Niyə yeni düşmən qazandıq?", deyə Ryangqan sakinlərindən biri sual verib.

Həlak olanların ailələrinə gerçək ölüm səbəbi açıqlanmır

Bildirilir ki, cəbhədə ölən əsgərlərin ailələrinə "Vətən naminə müqəddəs döyüş təlimləri" kimi qeydə alınan rəsmi ölüm sənədləri təqdim edilir. Lakin onların həqiqi ölüm səbəbləri açıqlanmır.

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Kursk bölgəsində indiyədək 3 800 Şimali Koreya hərbçisi həlak olub.

Pxenyan yeni səfərbərliyə hazırlaşır

Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Pxenyan yaxın aylarda yeni hərbi səfərbərlik elan etməyə hazırlaşır. Müharibə Araşdırmaları İnstitutunun (ISW) proqnozuna görə, Şimali Koreya qüvvələrinin növbəti göndərişi mart ayının ortalarında baş tuta bilər. Hər ay cəbhədə ölən Şimali Koreya əsgərlərinin sayı isə 45 000-ə çata bilər.

Beynəlxalq reaksiyalar

Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun analitiki Alina Qritsenko hesab edir ki, Şimali Koreyanın münaqişədə iştirakı Rusiyanın canlı qüvvə çatışmazlığını aradan qaldırmağa kömək edir. Lakin Moskvanın aylıq on minlərlə əsgər itirdiyi nəzərə alınarsa, Pxenyanın bu tələbatı tam ödəyə bilməsi real görünmür.

ABŞ isə Şimali Koreyanın müharibədə iştirakına görə, yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyir. Keçmiş prezident Donald Tramp isə münaqişənin onun hakimiyyəti dövründə baş verməyəcəyini iddia edərək Putinə "müharibəni dayandırmaq üçün razılığa gəlməyi" təklif edib. Kreml isə Vaşinqtondan "siqnal" gözlədiyini bildirib.

Şimali Koreya əsgərləri cəbhədən geri çəkilib?

Daha əvvəl yayılan məlumatlara görə, ağır itkilərdən sonra Şimali Koreya qüvvələri ön xətdən çıxarılıb. "The New York Times"ın ABŞ və Ukrayna rəsmilərinə istinadən verdiyi xəbərə görə, Şimali Koreya hərbçiləri son iki həftə ərzində cəbhədə görünməyib.

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri də Kursk vilayətində Şimali Koreya əsgərlərinin izinə rast gəlinmədiyini təsdiqləyib. "Ukrayinska Pravda"ya açıqlama verən polkovnik Aleksandr Kindratenko bildirib ki, son üç həftə ərzində bu bölgədə Şimali Koreya qüvvələrinin fəaliyyəti qeydə alınmayıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri