Icma.az
close
up
RU
Şimali Qafqazın bu ölkəsində nə baş verir? Putinin ən yaxın adamı ətrafında müəmma

Şimali Qafqazın bu ölkəsində nə baş verir? Putinin ən yaxın adamı ətrafında müəmma

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Çeçenistanın rəhbəri Ramzan Kadırov vəzifəsindən azad olunmaq istədiyini açıqlayıb. Bu barədə o, “Chechnya Today” informasiya agentliyinə danışıb. “Vəzifədən azad olunmağımı özüm xahiş edirəm. Yeni rəhbərin öz təşəbbüsləri, öz baxış bucağı olacaq. Ümid edirəm ki, bu istəyim dəstəklənəcək”, – deyə Kadırov bildirib.

Uzun illər Vladimir Putinə yaxınlığı ilə tanınan Kadırovun belə bir açıqlama ilə çıxış etməsi siyasi dairələrdə ciddi suallar doğurub.

Bu, onun real istefasına hazırlıqdırmı, yoxsa növbəti bir blefdir? Əgər doğrudan da postunu tərk edərsə, onun yerinə kim gələ bilər və bu, Rusiya daxilində güc balansına necə təsir edər?

Turab Rzayev 

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Ramzan Kadırovun vəzifədən getmək istəyi ilə bağlı bir neçə ehtimal mövcuddur:

“Birinci ehtimal ondan ibarətdir ki, Rusiya Kadırovdan xilas olmaq istəyir. Çünki o, daha çox Putinə şəxsi sədaqəti ilə tanınır və ordu ilə münasibətləri həmişə gərgin olub. Müdafiə naziri ilə zaman-zaman açıq qarşıdurmalar yaşanırdı. Eyni zamanda, Putinin çevrəsində onun güclənməsindən və təkbaşına hakimiyyət qurmasından narahat olan qüvvələr də var. Həmin qüvvələr vaxtaşırı olaraq Kadırov haqqında mənfi məlumatlar yayır, onu çətin vəziyyətə salacaq addımlar atırdılar. İnquşetiya məsələsi də bu prosesin bir nümunəsi sayıla bilər.

İkinci versiya ondan ibarətdir ki, bəlkə də Putin özü artıq Kadırovdan imtina etməyin zamanının gəldiyini düşünür. Onu daha zəif, yumşaq və ətrafında silahlı dəstə az olan bir fiqurla əvəz etmək istəyə bilər. Putinin bu prosesin mərkəzində olması istisna deyil.

Üçüncü variant isə Kadırovun siyasi blöf etməsidir. Bu addım vasitəsilə o, müəyyən qüvvələri hərəkətə keçməyə, ona dəstək verməyə çağırır. Çünki ətrafında müxtəlif maraq qrupları və qruplaşmalar formalaşıb, özü də bu vəziyyətin fərqindədir.

Bütün bunlara əsaslanaraq demək olar ki, mərkəzdən Kadırovun vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar artıq verilib. Sadəcə bu qərarın həyata keçirilməsi mərhələsindədirlər. Kadırova isə bu keçidi sakit və problemsiz şəkildə təmin etmək tapşırılıb. O da buna uyğun olaraq, könüllü şəkildə vəzifədən getmək istədiyini açıqlayıb. Onun açıqlamasından da görünür ki, artıq yeni rəhbər müəyyən olunub və bu keçidin rəvan şəkildə baş tutması üçün şərait hazırlanır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri