Icma.az
close
up
RU
Şimali Kipr Türk Cümhuriyyəti ətrafında nə baş verir? “Bunu Türkiyə və Azərbaycan birlikdə etməlidir...”

Şimali Kipr Türk Cümhuriyyəti ətrafında nə baş verir? “Bunu Türkiyə və Azərbaycan birlikdə etməlidir...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Avropa İttifaqı ən alçaq şəkildə Kiprin cənub hissəsini Aİ-yə qəbul edib, bu da xristian klubunun müsəlmanlara qarşı növbəti hiyləsi idi!”

Avropa İttifaqı (Aİ)–Mərkəzi Asiya sammitindən sonra Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) məsələsi yenidən aktual mövzuya çevrilib. Belə ki, sammitin yekununda qəbul edilən birgə bəyannamədə Kipr məsələsi birbaşa qeyd olunmasa da, dövlətlərin suverenliyi və ərazi bütövlüyü kontekstində tərəflər öz öhdəliklərini bir daha vurğulayıblar. Bəyannamədə istinad olunan sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Türkiyənin Kiprdəki hərəkətlərini pisləyən 541 (1983) və 550 (1984) saylı qətnamələri də yer alıb. Bu qətnamələrdə ŞKTR qeyri-qanuni bir qurum kimi tanınır, adada yeganə qanuni dövlət olaraq Kipr Respublikası göstərilir.

Politoloq Fərhad Məmmədov bildirir ki, cari vəziyyətin ilk əlamətləri ilin əvvəlində Mərkəzi Asiya ölkələri Yunanıstanda və həmçinin Kiprdə öz səfirlərini akkreditasiya etməyə başlayarkən ortaya çıxıb.

“Qeyd edək ki, Kipr məsələsi Aİ üçün fundamental mövzudur və Brüssel, şübhəsiz ki, bu məqamın birgə bəyannamədə yer alması üçün Mərkəzi Asiya ölkələrində xeyli iş görüb. Kipr Aİ-nin üzvüdür və Aİ-də qərarlar konsensusla qəbul edildiyi üçün Kiprin tələbi Aİ-nin tələbinə çevrilib”, – o, əlavə edib.

Bəyannamədə Türkiyə əleyhinə məqamlara yol verməmək olardımı?

Bu suala cavabında ekspert hesab edir ki, əlbəttə, olardı.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri, xüsusən də Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri bu qətnamələri xatırlatmaqdan çəkinə bilər və bunu ŞKTR-in tədbirdə iştirak etməməsi ilə balanslaşdıra bilərdilər: “Amma belə olmadı. Bu məsələnin üzərində işləməli və Aİ-nin etirazlarına baxmayaraq, TDT strukturlarında ŞKTR-in iştirakını artırmalıyıq. Bunu Türkiyə və Azərbaycan birlikdə etməlidir.

Aİ Türkiyə və Azərbaycana deyil, sözügedən bəyannaməni imzalayan TDT üzvü olan Mərkəzi Asiya ölkələrinə şikayət edəcək. Belə olduqda isə TDT üzvü olan Mərkəzi Asiya ölkələri Avropa rəsmilərini sonsuz diplomatik müzakirə dəhlizlərindən keçirə bilərlər. Avropalı məmurlar buna öyrəşiblər. Bakı isə öz təcrübəsini Mərkəzi Asiyadan olan həmkarları ilə bölüşə bilər.

Türkiyə və Azərbaycan ŞKTR təmsilçilərinin TDT-də iştirakından imtina etməyəcək və nə olursa-olsun, ŞKTR-yə dəstək verəcək! Məhz Kiprin yunan hissəsi referendumda birləşmədən imtina edib, türk hissəsi isə razılaşıb. Deməli, bu, yunan Kiprinin şimal hissəsindən könüllü imtina etməsi deməkdir. Aİ isə ən alçaq şəkildə Kiprin cənub hissəsini Aİ-yə qəbul edib. Bu da xristian klubunun müsəlmanlara qarşı növbəti hiyləsi idi!”

Baş verənlər TDT-yə necə təsir edə bilər?

Fərhad Məmmədov hesab edir ki, bu, TDT üçün narahatlıq doğuran bir məsələdir.

O vurğulayıb ki, istənilən inteqrasiya prosesi belə hadisələrdən sığortalanmayıb: “Məhz belə tədbirlər bizə inteqrasiya layihələrini nəzərdən keçirməyə, boşluqları müəyyən etməyə və bu boşluqların aradan qaldırılması üçün tədbirlər görməyə, koordinasiya səviyyəsini yüksəltməyə imkan verir.

Azərbaycan burada vəziyyətin sabitləşdirilməsində rol oynaya bilər və oynamalıdır. Çünki Azərbaycan Türkiyəyə ən yaxın müttəfiq ölkədir. TDT-nin üzvü olan Mərkəzi Asiya ölkələri ilə də müttəfiqlik əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. TDT-yə sədrliyin ötürüldüyü növbəti sammitin Azərbaycanda keçirilməsi planlaşdırılır.

Yeri gəlmişkən, bu hadisə, bir çox qonşu bölgələrdən olan ekspertlərin də qeyd etdiyi kimi, Türkiyənin TDT-nin “patronu” olmadığını nümayiş etdirir. TDT müstəqil dövlətlərin inteqrasiya layihəsidir – burada “patron”, “sponsor” və ya “böyük qardaş” yoxdur. Baş verən xoşagəlməz hadisə isə bir çoxları üçün məhz bu məqamın göstəricisi olacaq.”

Ekspert hesab edir ki, əslində, baş verənlər fonunda “yerdə”, yəni ŞKTR-in özündə və adadakı vəziyyətdə heç nə dəyişməyəcək.

“ŞKTR mövcudluğunu davam etdirəcək və Türkiyə tərəfindən qorunacaq. Bundan narahat olan hər kəs bu reallıqla barışmalıdır. ŞKTR-in TDT-yə tamhüquqlu üzvlüyü məsələsi gündəmdə qalacaq. Lakin beynəlxalq sistemin yenidən qurulacağı vaxta qədər bu məsələ arxa plana keçə bilər. Amma əlverişli məqam mütləq yetişəcək”, – F.Məmmədov qeyd edib.

Rasim Əliyev
“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri