Icma.az
close
up
RU
ŞimalQərb bölgəsində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır AZƏRTAC

ŞimalQərb bölgəsində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zaqatala-Qəbələ, 14 dekabr, AZƏRTAC

Ötən gündən başlayaraq ölkənin şimal-qərb bölgəsində güclü küləkli hava şəraiti müşahidə olunur.

Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, güclü külək rayon ərazisində bir sıra fəsadlara yol açıb. Belə ki, şəhərin Vasif Qurbanov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünü külək uçurub. Eyni zamanda, şəhərin bir sıra ərazisində elektrik naqilləri qırılıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək rayonun bir sıra yaşayış məntəqələrində də müşahidə edilib. Muxax, Yuxarı Tala, Aşağı Tala, Göyəm, Masex, Qımır və daha bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Komissiyadan bildirilib ki, aidiyyəti qrumlar fəsadların aradan qaldırılması məqsədilə ərazidə iş aparır.

Oğuz rayonunda da güclü küləkli hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, güclü külək iri gövdəli ağacları Oğuz-Bayan avtomobil yoluna aşırıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində bir müddət fasilə yaranıb. Əraziyə dərhal rayon kommunal xidmət müəssisəsinin əməkdaşları cəlb edilərək, aşan ağac kəsilərək ərazidən götürülüb və nəqliyyatın hərəkəti bərpa olunub.

Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri də qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilə yaranıb. Səhər saatlarından etibarən aidiyyəti qrumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Hazırda Oğuz şəhərinə verilən elektrik enerjisi və internet bərpa olunub. İşlər davam etdirilir.

Güclü külək Qəbələdə də müşahidə olunub və rayonun elektrik təsərrüfatına, eləcə də digər infrasturuktura ziyan vurub.

Qəbələ Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib ki, çox sayda ağac qırılıb, bir neçə binanın dam örtüyü uçub. Şəhər ərazisində bir sıra yaşayış məntəqələrində elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.

Səhər saatlarından başlayaraq fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri