Simeonenin aqibəti necə olacaq?
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Atletiko” rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar aparıb.
"Football-plus.az" xəbər verir ki, Simeone və İspaniya klubu cari mövsümün sonunda yeni - 1 illik müqavilə imzalamağa hazır olduqlarını təsdiqləyiblər.
Bir müddət əvvəl “İnter” rəhbərlitinin argentinalı mütəxəssislə maraqlandığı bildirilmişdi. Bu, qış “transfer pəncərəsi”ndən sonra Simeone ilə “Atletiko”nun idman direktoru Mateu Alemanyi arasında münasibətlərin pisləşməsi fonunda baş vermişdi.
Simeone 2011-ci ilin dekabr ayından Madrid klubunun “sükanı arxasında”dı. Komanda onun rəhbərliyi altında 2 dəfə İspaniya çempionu və Avropa Liqasının qalibi olub.
Baxış sayı:144
Bu xəbər 04 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















