Simonyan Azərbaycanla münasibətlər barədə: Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Hər şey o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər".
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə martın 4-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.
"Ümumiyyətlə, bizim müzakirə etdiyimiz kommunikasiyaların açılması mövzusu ətrafında çoxlu xəbərlər və müəyyən dəyişikliklər ola bilər. Məsələn, Azərbaycanın təklifinə cavabımız bu həftə ərzində verilə bilər.
Biz həmişə deyirik ki, sərhəd-nəzarət buraxılış məntəqələri qurmağa və yolları açmağa hazırıq. Bu, dayanmayan bir prosesdir. Baş nazir (Nikol Paşinyan) bu həftə bu məsələlərlə bağlı yeni açıqlama verə və ya yeni şərh bildirə bilər", - deyə Simonyan izah edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 04 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















