Simonyan: Ermənistan hakimiyyəti Aİİ dən çıxmaq məsələsini nəzərdən keçirmir
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu mövzu ətrafındakı müzakirələri "emosional və həddindən artıq şişirdilmiş" adlandırıb.
Onun sözlərinə görə, İrəvan birliyin tamhüquqlu üzvü olaraq qalır və veto hüququ da daxil olmaqla bütün hüquqlara malikdir. "Ermənistan veto hüququna malikdir və ittifaqda qərarlar konsensus əsasında qəbul edilir. Ermənistanın Aİİ-dən çıxmaq kimi bir məqsədi yoxdur. 'Boşanma' və Aİİ-dən ayrılma barədə söhbətlər bu gün aktual deyil və çox şişirdilib", - Ermənistan mediası onun sözlərindən sitat gətirir.
Ermənistanın ittifaqdan çıxmasının mümkün iqtisadi nəticələri barədə bəyanatları şərh edən Simonyan qeyd edib ki, bu, siyasi ritorikanın bir hissəsidir. O vurğulayıb ki, Aİİ təkcə Ermənistan üçün deyil, Rusiya da daxil olmaqla digər üzv ölkələr üçün də faydalıdır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 May 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















