Simonyan ilk dəfə ictimai tədbirə pariksiz qatıldı VİDEO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Onkoloji xəstəliklə mübarizə aparan RT xəbər portalının baş redaktoru Marqarita Simonyan ilk dəfə pariksiz ictimai tədbirdə görünüb.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, o, faşist Almaniyasından Krasnodarın azad edilməsinin 83-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə pariksiz iştirak edib.
Simonyana, həmçinin tədbir çərçivəsində “Krasnodarın Fəxri Vətəndaşı” adı verilib.
Qeyd edək ki, yanvar ayında Simonyan kimyaterapiya kursundan sonra saçsız halını əks etdirən fotosunu ilk dəfə sosial şəbəkələrdə paylaşıb. Paylaşım geniş rezonans doğurub və çoxsaylı dəstək mesajları ilə qarşılanıb.
Simonyan 2025-ci ilin sentyabrında iştirak etdiyi proqramda özündə ağır xəstəlik aşkarlandığını və əməliyyata ehtiyac olduğunu, dekabrda isə kimyaterapiyanın üçüncü kursunu keçdiyini deyib. Onun sözlərinə görə, prosedurlardan sonra səhhəti müvəqqəti olaraq pisləşib. İmmunitetin zəifləməsi səbəbindən bir sıra tədbirlərdə iştirakdan imtina edir.
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 Fevral 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















