Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Niyə Qarabağa “Artsax” deyirsiniz, başa düşmək istəyirəm, bəs niyə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları veriləndə özünüzü pis hiss edirsiniz?
Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistə müraciətində bildirib.
Simonyanın özünün də vaxtilə “Artsax” dediyi xatırladıldıqda, “səhv etmişəm” cavabını verib.
“Qarabağ Azərbaycan ərazisidir”, - o əlavə edib.
Simonyan üzərində Ermənistanın xəritəsi olan nişanını göstərərək qeyd edib ki, həmin xəritədə Türkiyə qərbdə, Azərbaycan şərqdə, İran cənubda, Gürcüstan isə şimalda yerləşir və Cavaxetiya da Ermənistan yox, Gürcüstan ərazisidir.
“Belə şeylər deyərkən qarşı tərəfdən adekvat cavab alanda təəccüblənməyin”, - parlament sədri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















