Simonyan sirləri açdı: Separatçı Samvel Şahramanyan Qarabağı tərk edərək Ermənistana necə gəlib? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan dünənki qalmaqallı “Qarabağ erməniləri qalmalı və döyüşməli idi” bəyanatlarını yumşaltmağa çalışsa da, heç kimdən üzr istəmək niyyətində olmadığını deyib.
KONKRET.az xəbər verir ki, Simonyan sözlərinin Qarabağ ermənilərinə deyil, konkret şəxslərə ünvanlandığını bildirib.
“Konkret şəxslərə dedim, fikirlərim Qarabağ ermənilərinə aid deyildi”, – Simonyan vurğulayıb.
Eyni zamanda, Simonyan əlavə edib ki, Ermənistan döyüşüb və Qarabağ ermənilərinə (separatçılar – red) lazımi silah və dəstək verib.
Simonyandan dediyi sözlərə görə üzr istəməsini tələb edən separatçı Samvel Şahramanyana spiker belə cavab verib:
“O, öz mühafizəçiləri ilə Qarabağı necə tərk edə bildi, necə oldu ki, bura gəlib çıxdı? Öncə bu suallara cavab versin. Parlamentdə məktub şöbəsi var, mənimlə əlaqə saxlaya bilər, müraciəti nəzərdən keçirəcəm”, – deyə Simonyan bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















