Simonyanın siyasi karyerasını məhv edən 3 qadın onlar kimdir?
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan parlamentinin sədri Alen Simonyanın siyasi təcrid prosesində üç qadının əsas rolu olub”.
Moderator.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Joghovurd” qəzeti yazıb.
“Bunlar onun köməkçidən müşavirə çevrilmiş Aşxen Hayrapetyan, keçmiş köməkçisi, hazırda deputat və “Vətəndaş müqaviləsi”nin idarə heyətinin üzvü olan Hasmik Hakobyan, həmçinin Ermənistan parlamentinin mətbuat xidmətinin rəhbəri, keçmiş deputat Hovik Ağazaryanın sabiq köməkçisi Laura Antonyandır. Onlar bir neçə gün əvvəl birlikdə İtaliyada istirahət ediblər”, – deyə bildirilib.
Hakim partiyadakı mənbələrin iddiasına əsasən, məhz bu üçlük uzun illər ərzində Alen Simonyanın ən yaxın çevrəsini formalaşdırıb:
“Onun görüşlərini nəzarətdə saxlayıb, bir sıra əlaqələrini məhdudlaşdırıb və müxtəlif intriqalar vasitəsilə bir çox şəxsi Simonyandan uzaq tutub.
Nəticədə o, həm partiya daxilində, həm də partiyadan kənarda münasibətləri gərginləşib. Siyasi baxımdan uyğun şərait yarananda isə illər ərzində toplanmış narazılıqlar üzə çıxıb”.
Qeyd edək ki, son həftələrdə Alen Simonyanın siyasi gələcəyi ilə bağlı ciddi dəyişikliklər baş verib. Hakim “Vətəndaş müqaviləsi” partiyası parlamentin yeni sədri vəzifəsinə Ruben Rubinyanın namizədliyini irəli sürüb, Simonyan isə yeni parlamentdə mandat götürməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan iyulun 13-dən avqustun 2-dək məzuniyyətə çıxıb. Məlumata görə, o, məzuniyyətdə olduğu müddətdə səlahiyyətlərini parlament sədrinin müavini Ruben Rubinyan icra edəcək. Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Baxış sayı:94
Bu xəbər 30 İyul 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















