Icma.az
close
up
RU
Simonyanların interpretasiyası ədaləti təhrif edir Elçin Mirzəbəyli

Simonyanların interpretasiyası ədaləti təhrif edir Elçin Mirzəbəyli

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə Rusiya və Azərbaycan arasındakı münasibətlərdə, xüsusilə informasiya müharibəsi, siyasi bəyanatlar və regional maraqlar fonunda müəyyən gərginliklər müşahidə olunur. Azərbaycanın müstəqil xarici siyasəi, Rusiyanın Cənubi Qafqazdakı maraqları və regional təhlükəsizlik məsələləri bu münasibətləri daha da mürəkkəbləşdirir.

Maraqlıdır, vəziyyətin bu cür davam etməsi Cənubi Qafqaza necə təsir edəcək?

Millət vəkili Elçin Mirzəbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiyanın hakimiyyət dairələrinə yaxın olan və Rusiya dövlətinin ayrı-ayrı proqramları çərçivəsində maliyyələşdirilən media resurslarında təbliğat terminatorları vasitəsilə Azərbaycana qarşı həqarət yağdırılması ilk növbədə, iki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsinin, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişin müddəaları, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin fəlsəfəsi ilə ziddiyyət təşkil edir:

“Prinsip etibarilə Rusiya media resurslarında Azərbaycan əleyhinə aparılan ucuz, bəsit təbliğat-təxribat kampaniyaları ikrah doğurmaqdan başqa bir işə yaramır. Bu qəbildən olan davranışlarla nəticə əldə edəcəklərini düşünənlər ən azı XXI əsrin üçüncü onilliyində yaşadıqlarının fərqinə varmalıdırlar. Bu bəsit təfəkkürlə, 37-ci illərin psixologiyası ilə aparılan təbliğat ictimai rəydə çatların yaranmasına zəmin yaradır. Rusiya tərəfindən aparılan təbliğat nəticə etibarilə Azərbaycan ictimai rəyinə müsbət heç nə vermir və əksinə, onsuz da Rusiyanın davranışları ilə bağlı ölkəmizin ictimai rəyində oturuşmuş bir sıra məqamların, bir sıra ziddiyyətlərin yenidən dərinləşməsinə zəmin formalaşdırır. Bu gün dünyadakı ikili standartlardan gileylənən Rusiyanın başqalarına münasibətdə tətbiq etməyə çalışdığı çoxsaylı standartların mahiyyəti Moskvanın beynəlxalq münasibətlər sisteminin ədalətsizliyi ilə bağlı iddiaların üzərinə də kölgə salır. Çünki ədalət bütöv bir anlayışdır, onu Simonyanların və bu qəbildən olan digərlərinin interpretasiyasında istədiyin kimi təqdim edə bilməzsən. Hətta təqdim etsən də, bunu sənin özündən başqa heç kim qəbul etməyəcək”.

Siyasətçi qeyd edib ki, indiki şəraitdə Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Rusiya səmasında vurulması faktı ilə bağlı müvafiq hüquqi addımların atılması, cinayətkarların cəzalandırılması və təzminat ödənilməsi əvəzinə, ucuz şouların təşkil edilməsi Azərbaycan-Rusiya münasibətlərinin təməl istiqamətlərinə ziddir:

“Mənəvi-əxlaqi dövlət ədəb-ərkanı baxımından yaxşı anlaşılmayan, təəssüf doğuran və olduqca ziyanlı bir yanaşmadır. Amma bütün bunların hamısını indiki şəraitdə gərginlik kimi qiymətləndirməzdim. Bu məsələyə faktoloji münasibət bəslənilməsinə ehtiyac var. Yəni gərginlik o zaman formalaşa bilər ki, bunun təməlində daha çox ciddi siyasi motivli məqamlar olsun. Hər halda mən iki ölkədə məhz belə məqamların yaradılmasına xidmət edən gərginliyin müşayiət olunduğunu düşünmürəm. Bu prosesin içərisində yer alan Rusiyadakı erməni diasporunun üzvləri və onun mediaya sızmış tör-töküntüləri də aktiv bir şəkildə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilməsi üçün bütün mümkün addımları atırlar. Şübhəsiz ki, burada yenə də məsuliyyət hazırda informasiya mühitində kifayət qədər sərt qaydalar tətbiq edilmiş Rusiyanın müvafiq orqanlarının üzərinə düşür. Amma proseslərin daha sürətlə inkişaf edəcəyini və ciddi fəsadlara gətirib çıxaracağını gözləmirəm və düşünmürəm ki, yaranmış bu vəziyyət bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir göstərəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri