Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Liqa 1: Marsel darmadağına sevindi

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

Sinan Demirtürk: Əliyev diplomatiyası mühüm uğura imza atdı

Sinan Demirtürk: Əliyev diplomatiyası mühüm uğura imza atdı

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Qarabağ Zəfərindən sonra Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı tarixi bir sazişə imza atdı".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Türkiyə Strateji və Siyasi Tədqiqatlar Vəqfinin (TÜRPAV) İdarə Heyətinin sədri Sinan Demirtürk bildirib.

O qeyd edib ki, 1828-ci ildən başlayaraq əvvəlcə Çar Rusiyası, daha sonra isə SSRİ dövründə yürüdülən Qafqaz siyasətinin əsas məqsədi türklərin bölgədəki əhali üstünlüyünü və siyasi hakimiyyətini aradan qaldırmaq, ermənilərin köçürülməsi ilə zamanla süni bir dövlət yaratmaq olub:

"Qafqazda işğalçı Ermənistanın yaradılması türk dünyasının coğrafi birliyinə mane olmaq üçün qurulmuş geosiyasi bir sədd mahiyyətini daşıyırdı. Qarabağın bir hissəsi olan Zəngəzur dəhlizinin Ermənistan tərəfindən işğalı isə bölgənin tarixi və hüquqi şərtlərinə uyğun olmayan bir siyasi vəziyyət yaratmışdı. Uzun illər ərzində işğalçı Ermənistan bölgədə hökmranlıq qura bilmək üçün Azərbaycan türklərinə qarşı sistemli qətliamları dövlət siyasətinə çevirmişdi.

2020-ci ildə baş verən Qarabağ müharibəsi böyük bir zəfərlə nəticələndi. Qarabağ Zəfəri Qafqazda və bütövlükdə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıq yaratdı. Azərbaycan təsirli bir regional güc olaraq Xəzər hövzəsi, türk dünyası və Yaxın Şərqdə inkişaf edən diplomatiyanın mərkəz ölkəsinə çevrildi".

Ekspert vurğulayıb ki, bu zəfər Zəngəzur dəhlizi ilə bağlı daimi bir razılaşmanı zəruri etdi:

"İşğal altındakı torpaqlarını azad edən bir ölkə bu mühüm marşrutun məğlub tərəfin nəzarətində qalmasını qəbul edə bilməzdi. Prezident İlham Əliyev Ermənistanın da qəbul edə biləcəyi və bölgədə sülhə töhfə verəcək bir həll tapmaq üçün mühüm diplomatik təşəbbüslər həyata keçirdi. Azərbaycan və Türkiyə Zəngəzur məsələsində Ermənistan və İranın da iştirak edə biləcəyi ortaq həll təklifini beynəlxalq ictimaiyyətə təqdim etdilər. Lakin Ermənistanın daxili siyasi qarşıdurmaları, Rusiyanın Ermənistan ictimaiyyəti və müxalifəti üzərindəki təsiri, eləcə də İranın təklif olunan həllə dəstək verməkdən çəkinməsi daimi sülhün əldə olunmasını ləngidən əsas amillər idi.

Prezident İlham Əliyev və Nikol Paşinyan arasında aparılan danışıqlar nəticə verdi. Proses ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə sülh layihəsinin imzalanması ilə yekunlaşdı. ABŞ şirkətlərinin idarəçiliyi ilə istifadəyə veriləcək və Şərqlə Qərb arasında ən mühüm ticarət marşrutu halına gələcək Zəngəzur dəhlizi Azərbaycanın bölgədən dünyaya böyük bir siyasi və iqtisadi güc kimi çıxışını asanlaşdıracaq.

ABŞ-nin yol üzərindəki təsiri müəyyən mübahisələrə səbəb olsa da, bu, Azərbaycanın xarici siyasətində mühüm bir uğur kimi tarixə düşəcək. Yol Ermənistan ərazisində qalacaq, lakin ABŞ şirkətləri tərəfindən idarə olunacaq. Ən mühüm nailiyyət isə strateji avtomobil yolunun fəaliyyətə başlaması olacaq".

O əlavə edib ki, bu razılaşma Avropa və Asiya arasında mal və enerji daşınmasını daha sürətli və etibarlı edəcək:

"Bu sazişlə Türk Dövlətləri Təşkilatının siyasi və iqtisadi çəkisi də əhəmiyyətli dərəcədə artacaq. Rusiyanın və İranın bölgədəki geosiyasi təsiri azalacaq. Azərbaycan və türk dünyasının Qərblə ticarət əlaqələri qarşısındakı böyük maneə aradan qalxacaq, tarixi və coğrafi şərtlər yenidən formalaşacaq.

Zəngəzur dəhlizi Bakı-Tbilisi-Ceyhan boru kəməri və TANAP kimi böyük layihələri beynəlxalq təminat altına alaraq, Azərbaycanın mərkəzində olduğu Türkiyə və türk respublikalarının böyük bir ticarət təsir sahəsi formalaşdırmasına imkan yaradacaq. "Əliyev diplomatiyası" adlandırıla biləcək bu yeni mərhələ, Azərbaycanın Qarabağ zəfərini siyasi və hüquqi baxımdan ABŞ-yə və dünyaya qəbul etdirdiyi mühüm bir uğur kimi qiymətləndirilməlidir.

Azərbaycan həyata keçirdiyi çoxvektorlu diplomatiya sayəsində Avropadan Asiyaya uzanan ticarət yolları və enerji keçid marşrutlarının mərkəzində təhlükəsiz və sabit bir ölkə olaraq yüksəlişini davam etdirəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see198

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see168

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see155

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see140

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see130

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see129

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see129

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri