Sinan Demirtürk: Türkiyə arxivlərində Qərbi Azərbaycana aid 700 dən çox sənəd var
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 15 oktyabr, AZƏRTAC
1828-ci ildən başlayaraq ermənilər təkcə Qərbi Azərbaycandan yerli əhalini qovmaq deyil, həm də azərbaycanlıların tarixi, mədəni və memarlıq irsini məhv etmək məqsədi güdürdülər. Azərbaycanlıların tarix boyu bu bölgədə mövcudluğuna dair təkzibedilməz dəlilləri özündə əks etdirən sənədlər var ki, onlardan bəziləri Osmanlı dövrü arxivlərində saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Strateji və Siyasi Araşdırmalar Vəqfi (TÜRPAV) İdarə Heyətinin üzvü Sinan Demirtürk məlumat verib.
O, çar Rusiyası dövründən bəri indiki Ermənistan ərazisindən azərbaycanlıların sıxışdırılıb çıxarılmasına dair sistemli siyasət aparıldığını vurğulayıb.
Ekspertin sözlərinə görə, hazırda Türkiyə arxivlərində Qərbi azərbaycanlıların irsi və bu bölgədə baş verən proseslərlə bağlı 700-dən çox sənəd var.
“Tariximizi xatırlamaq və diqqəti Azərbaycan xalqının tarixi irsinə cəlb etmək çox vacibdir”, - deyən Demirtürk kitablar və televiziya proqramları vasitəsilə ictimaiyyəti Qərbi Azərbaycan haqqında daha fəal məlumatlandırmağa çağırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 15 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















