İran böhranı: Etirazlar, xarici müdaxilə və Cənubi Qafqaz üçün təhlükə Şərh
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda bütün ölkəni əhatə edən etiraz aksiyaları sosial-iqtisadi gərginliklə əlaqədar başlasa da müəyyən siyasi tələblərin irəli sürülməsi və kütləvi iğtişaşlara çevrilməsi nəticədə geniş miqyaslı siyasi böhran vəziyyətinə gətirib çıxarırb.
Ölkə.az xəbər verir ki, bunu siaysi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
O bildirib ki, ilk günlər etiraz aksiyaları kortəbii görünsə də xarici təsirlər, xüsusən də ABŞ və İsrailin bölgədə geosiyasi maraqlarından irəli gələn təsirləri böhranı daha da dərinləşdirir.
“İranda islahatçı düşərgənin təmsilçisi kimi tanınan Məsud Pezeşkian prezident seçildikdən sonra onun Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, bütövlükdə İranı beynəlxalq təcriddən çıxarmaq istiqamətində müəyyən addımlar atması, bəzi islahatların, o cümlədən Qərblə dialoqun bərpası anonsunu verməsi ölkəni faktiki idarə edən mühafizəkar dini rejimin müqaviməti ilə qarşılaşdı. Bu da öz növbəsində hakimiyyətdaxili qarşıdurmanın açıq müstəviyə keçməsinə və ölkədəki böhranın daha da kəskinləşməsinə səbəb oldu.
Belə böhranlı proseslərdən öz geosiyasi maraqları naminə istifadə etməyə çalışan bəzi xarici gücləri də hərəkətə gətirdi. Bu məsələdə ilk növbədə ABŞ Prezidenti Trampın etirazçılara qarşı güc tətbiq ediləcəyi təqdirdə İrana silahlı müdaxilə edəcəyi ilə hədələməsinı, etirazçıları dövlət binalarını ələ keçirməyə çağırmasını, İsrailin də hərbi müdaxilə mövqeyindən çıxış etməsini, monarxiyanın bərpasını gündəmə gətirməsini və keçmiş şahın oğlunu meydana çıxarmasını, xaricdə yaşayan iranlı mühacirlərdə istifadə etməsini xatırlamaq kifayətdir. Artıq etiraz aksiyalarının sonrakı gedişində bu müdaxilə aydın şəkildə özüni biruzə verdi. Hər 2 dövlət və bəzi Avropa ölkələri İrandakı böhranın dərinləşməsində maraqlı olduqlarını və bu böhrandan mövcud hakimiyyətə qarşı istifadə etmək istədiklərini gizlətmirlər.
Əlbəttə xarici müdaxilənin İranda demokratik proseslərə rəvac vermək, insan hüquqlarını qorumaq, siyasi və iqtisadi islahatlara başlamaq niyyəti ilə edildiyini düşünmək sadəlövhlük olardı. Müdaxilə edən dövlətlərinin hər biri İranda özünün geosiyasi maraqlarını təmin edən bir hakimiyyət görmək istəyir. Bu mənada həmin maraqlar üst-üstə düşməyə də bilər”, - o qeyd edib.
Q.Əlibəyli əlavə edib ki, İsrail tərəfdən ortaya atılmış yeni orta şərq layihəsini də unutmaq olmaz: “Bu layihəyə görə Suriya, İraq, Türkiyə, ərazilərinin bir hissəsi və Güney Azərbaycan ərazisində kürd dövləti yaradılması nəzərdə tutulur.
Xarici dövlətlərin geosiyasi maraqları İrana hərbi müdaxilə ehtimalını artırır. Lakin İran əhalisinin ABŞ və İsrailə münasibətini nəzərə alsaq, Venesuelada olduğu kimi bir əməliyyatın keçirilməsi və ya genişmiqyaslı hərbi müdaxilə və müharibə ehtimalının çox da böyük olmadığı qənaətinə gəlmək olar. İndiki böhran şəraitində ABŞ və İsraillə İranın genişmiqyası müharibə aparmaq imkanı olmasa da belə bir müharibənin İranda rejim dəyişikliyinə gətirib çıxaracağı mümkün görünmür. Belə müharibəyə qarşı İranda ciddi müqavimətin olacağı və mövcud rejimə qarşı olan etirazların istiqamətini ABŞ və İsrailə qarşı yönələcəyi şübhəsizdir. Digər tərəfdən genişmiqyaslı hərbi müdaxilə və müharibə təkcə İran üçün deyil, bütövlükdə region üçün də son dərəcə təhlükəlidir.
Lakin bu yaxınlarda olduğu kimi qısamüddətli hərbi əməliyyatlar, xüsusən də raket hücumlarını isə istisna etmək olmaz. Qısamüddətli hərbi əməliyyatlar mövcud rejimi daha da zəiflətmək, tədricən çökdürmək və ya dəyişdirmək, o cümlədən bütövlükdə İranı xaos vəziyyətinə gətirmək məqsədilə həyata keçirilə bilər. Zəifləmiş rejim və ölkənin xaaos vəziyyətinə gətirilməsi ABŞ və İsrailin İranla bağlı geosiyasi maraqlarının təmin olunması üçün üçün əlverişli zəmin yarada bilər”.
Siyasi şərhçi İranda baş vernələrin Azərbaycana da müəyyən təsirləri ola bliər:
“İran bizim yaxın qonşumuzdur və orada 40 milyondan çox Azərbaycan türkü yaşayır. İrana hər hansı müdaxilə istər-istəməz Azərbaycan Respublikasına da təsir göstərəcək. Bu baxımdan biz hadisələrin mümkün inkişaf ssenarilərinə hazır olmalıyıq”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 16 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















