Icma.az
close
up
RU
Sinə xərçənginin də dərmanı tapıldı

Sinə xərçənginin də dərmanı tapıldı

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təhlükəli növ döş xərçənginin təkrarlanma riskini azaltmaq üsulu tapılıb.

Milli.Az xəbər verir ki, Kaliforniya Universitetinin (Los-Anceles) alimləri erkən mərhələdə hormonlara həssas döş xərçənginin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilən yeni preparat olan giredesrant hazırlayıblar.

Tədqiqatın nəticələri ABŞ-da keçirilən SABCS - San Antonio Breast Cancer Symposium tədbirində təqdim olunub.

Məsələ HR-müsbət, HER2-mənfi sinə xərçəngi ilə bağlıdır. Bu tip şiş ən geniş yayılmış formadır və inkişafı üçün estrogen hormonlarından istifadə etdiyi üçün müalicədən sonra belə yüksək təkrarlanma riski ilə seçilir.

Aparılan genişmiqyaslı araşdırmaya 4 mindən çox pasiyent cəlb edilib. Nəticələrə görə, yeni preparat şişin yenidən yaranması ehtimalını təxminən üçdə bir azaldıb və onun digər orqanlara yayılma riskini də aşağı salıb.

Müşahidə müddəti təxminən 3 il davam edib. Bu müddət ərzində giredesrant qəbul edən pasiyentlərdə müalicəni yarımçıq qoyma hallarının standart hormonal terapiya ilə müqayisədə daha az olduğu müəyyən edilib.

Giredesrant estrogen reseptorlarını sadəcə bloklamayan, onları tam məhv edən yeni tip dərmanlara aiddir. Bu xüsusiyyət sayəsində xərçəng hüceyrələri böyümə mexanizmindən məhrum olur. Alimlər bildirirlər ki, tədqiqat nəticələri təsdiqlənərsə, preparat son onilliklərin hormonal terapiya sahəsində ən mühüm yeniliklərindən birinə çevrilə bilər.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri