Icma.az
close
up
RU
Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? ARAŞDIRMA BAŞLADI

Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? ARAŞDIRMA BAŞLADI

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Gəncədə sinif rəhbəri 5-ci sinif şagirdini döyüb.

Oxu.Az xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya azyaşlının babası Ələddin Hüseynov müraciət edib.

Onun sözlərinə görə, hadisə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə baş verib. Ə.H.-nin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyü deyilir: "Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə "niyə direktora demisən?" söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əzilib. Hazırda əlinə sarğı qoyulub. Bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə "vurmuşam, yaxşı etmişəm" dedi".

Sadalanan ittihamlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılıb: "34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, valideynin müraciəti ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır:

"Faktla bağlı müvafiq ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Fevral 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri