Icma.az
close
up
RU
Sinonimlər: Ramiz Mehdiyev Rusiya, Ramiz Mehdiyev “5 ci kolon”...

Sinonimlər: Ramiz Mehdiyev Rusiya, Ramiz Mehdiyev “5 ci kolon”...

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda müzakirə edilən əsas məsələlərdən biri Azərbaycandakı Rusiyanın agentləri ilə bağlıdır. Burada ilk ağıla gələn əsas 1 nəfərdir. Adı çəkilməsə də, artıq oxucular bildilər ki, söhbət kimdən gedir. Bəli, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdir. Təsadüfi deyil ki, bu söhbətlər “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin bağlanılması məsələ müzakirə edilərkən meydana çıxıb. Mehdiyev mediaya açıqlamasında deyib ki, “Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır, heç bir əsası yoxdur”. Elə şeylər var ki, xüsusi dəlil gətirməyə ehtiyac yoxdur, təkzib olunması təəccüb doğurur. Necə olar bilər, Ramiz Mehdiyev, axı hər kəs sizi tanıyır. Sinonim sözlərdir: Ramiz Mehdiyev-Rusiya, Ramiz Mehdiyev – “5-ci kolon”... Xidmətlərinə görə hətta təltif də olunub, "Şərəf" ordeni... Uzun illər vəzifədə də Rusiyaya arxalanaraq qalıb, elə indi də "bəlkə qaytardılar" prinsipi ilə yaşayır. Qurduğu oyunlarla Azərbaycan hökumətinə daim narahatlıq gətirməyə çalışıb. O, hər cəbhədə "oynayıb". Təbii ki, bütün bunlar zamanla ifşa edilib.

Yaşı 1 əsrə bərabər qoca vəzifədən olandan ta indiyədək ölkənin maraqlarına zərbə vurmaqda davam edir. Rusiyaya işləyirsə, deməli, Azərbaycanın maraqları arxa plana keçib. Bu isə yolverilməzdir. Dövlət bu məsələdə qətiyyət nümayiş etdirir, kimliyindən asılı olmayaraq, milli maraqlara qarşı çıxanlar barədə tədbir görülüb, görüləcək də. Mehdiyevin “Rusiyanın adamı” olmasına şübhə edən də yoxdur, elə onun vəzifədə olduğu dönəmlərə diqqət yetirsək, demək olar, bütün səfərlərini Rusiyaya edib. Həmişə Rusiya ilə bağlı ya müsbət fikirlər səsləndirib, ya da susub. Şimal qonşuya qarşı heç bir tənqidi mövqedən çıxış etməyib. Vəzifədə olanda da, gedəndə də bu cür mövqe sərgiləyib. Məsələn təxminən 13 il əvvəl deyirdi, çox əlamətdar haldır ki, Azərbaycan-Rusiya münasibətləri öz səmimiliyi, açıqlığı ilə fərqlənir. Hər iki ölkə arasında yüksək səviyyədə siyasi təmaslar var. Münasibətlərdə hansısa həyəcanverici problem kəsb edən məqamlar yoxdur. Rusiyanın hansı səmimiyyətindən söhbət gedə bilər? Bu illər ərzində Rusiyanın Ermənistana verdiyi dəstəyi nəzərdə tutur?

Artıq Ramiz Mehdiyev və onun məlum dəstəsi – Eldar Mahmudov, Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov və başqaları meydandan kənarlaşdırılıb, indi isə tamamilə zərərsizləşdirilmə prosesi həyata keçirilməlidir. Mehdiyevi YAP-ın Veteranlar Şurasından da xaric etmək lazımdır, onu gedişi ilə Şura daha sağlamlaşar. Əvvəllər bildirirdilər ki, Azərbaycan hakimiyyətində Rusiyaya qarşı loyal münasibət var. Ölkə rəhbərliyi Qərbin müdaxiləsinə necə mübarizə aparırsa, agentləri ifaş edirsə, hazırda Rusiyaya qarşı da o cür mövqe ortaya qoyur. Belə olan halda, təbii ki, narahat olanlar əl-ayağa düşəcəklər. Onlar bilməlidir ki, dövlət bu məsələdə qətiyyət nümayiş etdirir. Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş ölkə daxilində “5-ci kolon”a yer verə bilməz.

Kənan Mirzəyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri