Sinqapur Baş nazirinin maaşına 1 milyon dollardan çox artım ediləcək
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Sinqapur hökuməti dünyanın ən yüksək maaş alan siyasi lideri olan Baş nazir Lourens Vonqun illik gəlirinin 1 milyon dollardan çox artırılmasına qərar verib.
BAKU.WS xəbər verir ki, Vonqun illik maaş paketinə 1,4 milyon Sinqapur dolları, yəni təxminən 1,1 milyon ABŞ dolları əlavə olunacaq.
Bununla onun illik gəliri 2,2 milyon Sinqapur dollarından 3,6 milyon Sinqapur dollarına yüksələcək. Artım 60 faizdən çox təşkil edir. Vonq əlavə gəliri növbəti beş il ərzində xeyriyyə məqsədilə bağışlayacağını açıqlayıb.
Sinqapur hökuməti maaş artımını yüksək ixtisaslı şəxsləri dövlət idarəçiliyinə cəlb etmək zərurəti ilə əsaslandırıb. Baş nazir bildirib ki, özəl sektordan bacarıqlı mütəxəssisləri siyasətə cəlb etmək getdikcə çətinləşir.
Ölkədə nazirlərin maaşlarının da artırılması planlaşdırılır. Onların əsas illik əməkhaqqı paketinin 1,1 milyon Sinqapur dollarından 1,2 milyon dollara çatdırılması, əlavə ödənişlərlə gəlirin təxminən 1,35 milyon Sinqapur dollarına yüksəlməsi gözlənilir.
Hökumət yüksək maaşların korrupsiyanın qarşısının alınmasına kömək etdiyini bildirir. Bununla belə, artan yaşayış xərcləri və işsizlik fonunda qərar ölkədə tənqidlərə də səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 09 Sentyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















