Icma.az
close
up
RU
Siqaret bahalaşacaq?

Siqaret bahalaşacaq?

525.az saytına istinadən Icma.az xəbər verir.

"Tütün məmulatlarının qiymətində artım ola bilər. Siqaretin qiymətinin artması vergi və aksiz dərəcələrilə bağlıdır. Bu, sosial və həssas məsələ olmadığına görə rahat bir şəkildə vergiləri artırır və bu, dünyanın hər yerində belədir. Çox güman ki, növbəti vergi və aksiz artımları siqaret qiymətlərinə də yansıyacaq və qiymətlərdə artım müşahidə olunacaq. Bunun da sosial tərəfi ondan ibarətdir ki, siqaretin qiyməti artıqca ondan imtina edən vətəndaşların sayı artacaq".

Bunu iqtisadçı ekspert Naztiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda siqaret həddindən artıq bahalaşarsa, yəni qonşu ölkələrlə qiymət fərqi çox olarsa, o zaman ölkəmizə qaçaqmalçılıq yolu ilə siqaret gətirmək istəyənlərin də sayı kəskin şəkildə arta bilər: "Qeyd edim ki, ölkədə qiymətlər kəskin artanda, qonşu ölkələrdə daha ucuz olanda qaçaqmalçılıq geniş vüsət alır. Bu isə ciddi bir problemdir. Siqaretin qiyməti artdıqca qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmində artım olacaq. Tütün məmulatlarının qonşu ölkələrdə bizdən daha ucuz olması qaçaqmalçılıq kimi neqativ halların çoxalmasına gətirib çıxaracaq".

İqtisadçı ekspert Razi Abasbəyli deyir ki, hazırda hökumətin əsas hədəfi yerli tütünçülüyün inkişaf etdirilməsidir: "Ölkədə yerli tütünçülüyün inkişafı üçün idxal təsirlərini minimuma endirilməsi məqsədi qarşıya qoyulub. Hesab edilir ki, bununla ölkədə daxili istehsalı və yerli məhsulların rəqabət imkanlarını artırmaq mümkün olacaq. Təəssüf ki, son beş ildə ölkədə tütünçülüyün inkişafı ilə bağlı tədarük göstəricilərində yüksəlmə müşahidə olunmur. Yerli tütünçülüyün istehsalı ilə bağlı tədarük göstəriciləri 2022-ci illə müqayisədə 70 faiz azalıb. Dövlət Proqramı üzrə qarşıya qoyulan tələblərə çatmaq mümkün olmayıb. Proqramın 40 faiz belə icra olunmayıb. Belə olan təqdirdə daxili bazarda ciddi şəkildə tələb və təklif arasında dizbalans yaranır. Nəticə etibarilə də qiymətlər xarici bazarlardan və xarici valyutaların məzənnəsindən asılı olaraq dəyişir. Hökumətin aksiz vergisini artırması nəticəsində qiymətlərin bahalaşması gözlənilən idi. Hesab edirəm ki, bahalaşma prosesi bir qədər də davam edəcək. Bu, təxminən 5-10  faiz civarında olacaq. Çünki ilkin mərhələdə inzibati təsirlər bazarda özünü qiymət artımı ilə göstərir. Növbəti mərhələlərdə də burada sui-istifadə halları və psixoloji faktorlar rol oynamağa başlayacaq. Qiymətlər bundan sonra təxminən 5-10 faiz civarında yenə bahalaşacaq".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri