Icma.az
close
up
RU
Şiqeru İşiba: Yaponiya müdafiə qabiliyyətini və ABŞla müttəfiqliyi gücləndirəcək AZƏRTAC

Şiqeru İşiba: Yaponiya müdafiə qabiliyyətini və ABŞla müttəfiqliyi gücləndirəcək AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 yanvar, AZƏRTAC

Yaponiya 2025-ci ildə özünün müdafiə qabiliyyətinin artırılmasına və Birləşmiş Ştatlarla ittifaqın möhkəmlənməsinə xüsusi diqqət yetirəcək.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Şiqeru İşiba bunu Yeni il münasibətilə keçirdiyi mətbuat konfransında deyib. “Ölkəmizin müdafiə qabiliyyəti heç kimin bizə qarşı müharibəyə başlamaması üçün çəkindirici qüvvədir”, - deyə Baş nazir bildirib. O, həmçinin Yaponiyanın təkcə “öz imkanlarını artırmaqla” kifayətlənməyəcəyini, həmçinin ABŞ-la ittifaqı gücləndirəcəyini və regionda tərəfdaşlıq şəbəkəsini dərinləşdirəcəyini qeyd edib.

Şiqeru İşiba seçki kampaniyası zamanı regionda “Asiya NATO-su” və kollektiv təhlükəsizlik sisteminin qurulmasının tərəfdarı olduğunu da vurğulayıb. O, “Hudson” institutu üçün yazdığı məqalədə ABŞ-ın nüvə raketlərinin Asiya regionunda yerləşdirilməsini və bu silahlara “birgə sahiblik” təklif edib. Hazırda Yaponiyanın hakim Liberal Demokrat Partiyasında “Asiya NATO-su” ideyası rəsmən müzakirə olunur və bu məqsədlə sabiq müdafiə naziri İtsunori Onoderanın sədrliyi ilə xüsusi partiya komitəsi yaradılıb.

Qeyd edək ki, Yaponiya hökumətinin 2022-ci il dekabrın 16-da təsdiqlədiyi yeni milli təhlükəsizlik strategiyasında potensial düşmənin ərazisindəki hədəflərə qarşı əks-hücumların təşkili hüququ yer alıb. Eyni zamanda, sənəddə önləyici zərbələr istisna edilib. Yeni strategiyada, həmçinin 2027-ci ilədək hərbi xərclərin təxminən iki dəfə artırılaraq ümumdaxili məhsulun iki faizinə çatdırılması nəzərdə tutulub.

Yaponiya hökuməti düşmənin dərinliklərinə əks-hücum zərbələri endirmək üçün “Type-12” raketlərinin mənzilini artırmağı, özünün hipersəs silahlarını inkişaf etdirməyi və ABŞ-dan “Tomahawk” qanadlı raketlərinin tədarükünü planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri